Nizami Yusif oğlu Quliyev () — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırışlarının deputatı.

Həyatı Nizami Quliyev 1956-cı il avqustun 17-də Gədəbəy şəhərində anadan olub. Gəncə Dövlət Pedaqoji İnstitutunda tarix üzrə ali təhsil alıb. Rus dilini bilir.

1 noyabr 2017-ci ildə vəfat etmişdir.

Nizami Quliyev ailəli olmuşdur, üç övladı var.

Fəaliyyəti 1996-cı il fevralın 4-də baş tutan parlament seçklərində 73 nömrəli Gədəbəy dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi olan Nizami Quliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Nizami Quliyev Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 73 saylı Gədəbəy dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi olan Nizami Quliyev II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Nizami Quliyev Milli Məclisin Regional məsələlər Daimi Komissiyasının və Azərbaycan—Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

2008-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verərək Qulamhüseyn Əlibəyli rəhbərliyində qurulan Aydınlar Partiyasına qatılmışdır. O, Aydınlar Partiyasının Ali Məclisinin sədri olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri