Alqış Həsən oğlu Musayev () — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırışİkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az deputatı.

Həyatı 1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb.

1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Filologiya üzrə fəlsəfə doktorudur. Evlidir, iki oğlu, bir qızı var.

Siyasi-ictimai fəaliyyəti 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin olunmuşdur.

Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib.

I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.

Təltif və mükafatları

2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 30 noyabr 2022-ci ildə “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Zəngəzurda doğulanlar Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycanın kişi jurnalistləri