Emmili de Forest (tam adı: Emmili Şarlotta-Viktoriya de Forest, ; ) — Danimarka müğənnisi. O, ifa etdiyi "Only Teardrops" mahnısı ilə "2013 Avroviziya Mahnı Müsabiqəsi"nin qalibi olmuşdur.
İlk illəri Emmili Forestin atası isveçli, anası isə danimarkalıdır. O, 9 yaşından oxumağa, 14 yaşından isə şotland müğənni Freyzer Nil ilə əməkdaşlıq etməyə başlayıb. Onunla birlikdə Emmili bir çox konsert və festivallarda iştirak edib. 2011-ci ildə Emmili de Forest Kopenhagenə köçüb və burada öz təhsili davam etdirib.
2013 Avroviziya Mahnı Müsabiqəsində iştirakı 26 yanvar 2013-cü ildə Emmili "Dansk Melodi Grand Prix 2013" müsabiqəsinin seçmə mərhələsinin finalında iştirak edib və 2013-cü ildə İsveçin Malmö şəhərində təşkil olunan 2013 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmək hüququ qazanıb. Müsabiqənin yarımfinalında Emmili de Forest "Only Teardrops" mahnısını ifa edərək finala çıxıb və finalda 281 xal toplayaraq qalib olub.
İstinadlar
Xarici keçidlər Rəsmi saytı
Kateqoriya:Danimarka Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Universal Music Group artistləri Kateqoriya:Danimarka müğənniləri Kateqoriya:Danimarkanın "Avroviziya" təmsilçiləri