Aşıq Murad Niyazlı (tam adı:Murad Babaxan oğlu Həsənov; ) — XX əsrdə tanınmış ustad aşıq, şair.
Həyatı Aşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, «Başı dumanlı Göyçə», Bakı, «E.L.», 2007. səh.376-da .
Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdirTərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.202..
Muradın anası Tamam 1942-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar.
Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdurAzad Ozan Kərimli, "Göyçə aşıq məktəbi". . Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır.
1952-1954-cü illərdə hərbi xidmətdə olubMusa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: "Nurlan", 2010. səh.104..
Aşıqların IV qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.
1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad NiyazlıTərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.203. 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib.Qardşı Aşıq Mirzə Niyazlı, İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub.
Murad Niyazlı 2005-ci il yanvarın 20-də Şəmkir rayonunda vəfat etmiş Dəllər Cəyir kənd qəbirsanlığında dəfn edilmişdirAraz Yaquboğlu (Şəxsi toplama).
Yaradıcılığı Aşıq şeirinin bütün formalarında qələmini sınayan Murad Niyazlı həm də “Muxtar bəy” və digər dastanların yaradıcısı kimi tanınıb.
Gülyaz və Gülyanaq Məmmədova bacılarının oxuduğu məşhur "Gilənar" (söz:Səfər Verdiyev, musiqi:Aşıq Murad Niyazlı) mahnısının musiqisini Aşıq Murad Niyazlı bəstələməşdirGülyaz və Gülyanaq Məmmədovlar - Azərbaycanım mənim (2004).
Murad Niyazlı ömrünün xəzan çağında yaşayanda belə Şəmkir rayonunda yazıb-yaratdı. Aşıq Murad Niyazlı sazın-sözün əsl ustadı kimi el arasında çox məşhur olmuşdur. "Harda türk var, mən ordanam" adlı kitabda aşığın müxtəlif illərdə yazdığı şeirlər və bir qəhrəmanlıq dastanı toplanmışdırAşıq Niyazlı, Murad.
Kitabları "Harda türk var, mən ordanam" (Şeirlər və dastan). (tərt.ed. F.Sədiyev ; red. H.Əli.) - Bakı: Təknur, 2004. - 256 səh. - 1000 nüsxə. - ISBN 5-86774-213-14 "O elə dünyaydı bu belə dünya" "Niyazlı ocağı" "İnsandanmı küsüm, zəmanədənmi" Ağır ellər ozanıyam: [şeirlər] / tərt., ön söz müəl. S.Alıyev; red. M.P.Qasımlı; Azərbaycan Aşıqlar Birliyi. - Bakı: Zərdabi LTD MMC, 2018. - 152 s.
Musiqi albomları Aşıq Murad Niyazlı. Agır ellər ozanıyam [Səsyazma] / Aşıq Murad Niyazlı. - Bakı, 2018. - 1 el. opt. disk (CD-DA).
Təltifləri Murad Niyazlı Ümumittifaq festivalı laureatı olmuş, "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüş, Bakı, Gəncə Xalq Yaradıcılığı Evlərinin, Şəmkir rayon Partiya və İcraiyyə Komitələrinin fəxri fərmanları ilə təltif olunmuşdur."Sazlı-sözlü Göyçə" Bakı, "Azərnəşr", 1999. (kiril əlifbası ilə)
İstinadlar
Xarici keçidlər Aşıq Murad Niyazlı - Gilənar — YouTube saytı
Kateqoriya:Göyçə şairləri Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Şəmkir rayonunda vəfat edənlər