Mətləb Ağa — Azərbaycanlı yazıçı–şairVaqif Yusifli, Ucalıq VAQİF YUSİFLİ. MƏTLƏB AĞANIN ŞEİRLƏRİ . "Ədalət" qəzeti.-2014.-8 may.-S.7., bəstəkar və hüquqşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997-h.h.)
Azərbaycan Respublikası Baş Prokurorluğunun şöbə prokurorudur. Ədliyyə müşaviri xüsusi rütbəsindədir.
Əli bəy Hüseynzadə mükafatı laureatıdır.
Haqqında Ağayev Mətləb Rəfail oğlu 23 yanvar 1975-ci ildə Salyan rayonunun Beşdəli kəndində anadan olub.
1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. AYB-nin elə həmin ildəki X və 2014-cü ildəki XII qurultayının iştirakçısı olub.
2014-cü ildə "AzVision" saytının Azərbaycanın ədəbiyyat nümayəndələri arasında keçirdiyi sorğuya əsasən Müstəqillik dövrünün ən yaxşı şairlərindən biri kimi qeyd edilib.
2016-cı ildə "Sözün işığı" jurnalının təsis etdiyi mükafata layiq görülüb.
2017-ci ildə şeir və esselərinə görə AYB və "Ədəbiyyat qəzeti"nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı ilə təltif edilib.
Mətləb Ağanın yazıb bəstələdiyi, azərbaycanlı müğənni, Azərbaycanın əməkdar artisti Zakir Əliyevin ifa etdiyi "Məhəbbət nəğməsi" mahnısına 2022-ci ilin dekabrında klip çəkilib.
2023-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Türk Dünyası İnfo" İctimai Birliyi "Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri adlı tədbirlərin təşkili" layihəsi əsasında nəşr olunan "Çağdaş bütöv Azərbaycan" adlı poeziya antologiyasında şeirləri yayımlanıb.
"11-ə qədər"Mətləb Ağanın '11 ə qədər' kitabının təqdimatı keçirilib. 14.02.2014 . APA TV, "Yüzdə səksən"Mətləb Ağanın "Yüzdə səksən" kitabı haqqında. Space TV, "İnsanlıq üçün 41 variasiya"Mətləb Ağanın ' İnsanlıq üçün 41 variasiya" kitabı haqqında. Space TV, "Gələcək haqqında xatirələr"Mətləb Ağanın "Gələcək haqqında xatirələr" kitabı haqqında. Space TV adlı kitabların müəllifidir.
Şeirləri, esseləri və digər yazıları "Gənclik", "Ulduz", "Azərbaycan", "Qobustan", "Xəzər", "Multikulturalizm" və digər jurnallarda, "Ədəbiyyat qəzeti", "Yol", "525-ci qəzet", "Ədalət", "Kaspi", "Palitra", "Gündəlik Teleqraf" və s. qəzetlərdə, çoxsaylı internet saytlarında, Azərbaycanca, gürcü, qazax, türk dillərində almanaxlarda nəşr edilib.AMEA, Ədəbiyyat İnstitutu. Ədəbi proses–2018. səh. 63 . "Hədəf" nəşrləri. Bakı — 2019. ISBN: 9053785308640
Bir çox mahnı mətnləri və mahnıları var. Azərbaycan və ingilis dillərini bilir. Ailəlidir. 2 övlad atasıdır; 1 qızı, 1 oğlu var.
Seçilmiş şeirləri Dərc edilən, mahnı bəstələnən və səsləndirilən şeirləri
Seçilmiş məqalələri
Kitabları "11-ə qədər" (Bakı, "Qanun" nəşriyyatı, 2013) "Yüzdə səksən" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2015) "İnsanlıq üçün 41 variasiya" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2015) "Gələcək haqqında xatirələr" (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2018)
İstinadlar
Xarici keçidlər YouTube-da — Mətləb Ağa kanalı Kulis.az-da — Mətləb Ağa Azadlıq Radiosunda — Mətləb Ağa. Şeirlər Şeytanın gizləndiyi detalları açan şair – Akademik yazır Düşüklük sağalmaz xəstəlikdi