Kitabul-İdrak li-lisanil-Ətrak (; ) və ya qısaca Kitabul-İdrak () — 1312-ci ildə Əbu Həyyan əl-Əndəlüsi tərəfindən ərəblərə türkcə öyrətmək üçün yazılmış qıpçaqca qrammatika kitabı və lüğət.

Əsər

Məzmun "Kitabul-İdrak" Misirdə danışılan türk dilinin nəzəri qrammatikasını nümayiş etdirən və dövrümüzə qədər gəlib çatmış ən qədim əsərdir.

Əsər hicri 20 Ramazan 712-ci (18 dekabr 1312) ildə, Qahirədə Molla Saleh Mədrəsəsində tamamlananmışdır. Əsər türkcə-ərəbcə lüğət və dil haqqında məlumatlar olmaqla iki hissədən ibarətdir. Müəllifin əsərdə "Türki" adlandırdığı dil, Oğuz dilinin xüsusiyyətlərini özündə ehtiva edən bir Qıbçaq dialektidir. Sözlərin əvvəlindəki y-/c- növbələşməsində y- fonemi tərəfində yer almaqla Qərbi Qıpçaq dialektlərindən hesab edilir. Əbu Həyyan, zaman-zaman "Qıpçaqi" və "Türkməni" adlandırdığı şivələri bir-birindən fərqləndirərək onların xüsusiyyətlərinə də toxunmuşdur. O dövrdə Misir və Suriya bölgəsinə türkmən boylarının və az sayda digər türk ünsürlərinin köçləri davam etdiyindən, yer-yer bunların dil xüsusiyyətlərindən bəhs etmişdir: Türküstan dili, Xarəzm dili, Tatar, Bulqar, Toxsuba dilləri kimi.

Əbu Həyyan əsərini yazarkən qədim yazılı mənbələrlə yanaşı, Qahirə və ətrafında yaşayan türklərin şifahi materiallarından da faydalanmışdır. Xüsusilə sözlərin mənalandırılmasında biliyinə güvəndiyi, ana dili türk dili olan şəxslərin şahidliyinə müraciət etdiyini qeyd edir. Adını tez-tez çəkdiyi müəllimi Şeyx Fəxrəddin Divriği, Mövla Tacəddin və Səncər əd-Dəvadəri, Əbu Həyyanın şifahi istinadlarıdır.

Nüsxələri Əsərin dövrümüzə qədər gəlib çatmış iki (və ya 3) nüsxəsi mövcuddur. Bunlardan biri Beyazid Dövlət kitabxanasında (Vəliyyəddin Əfəndi, № 2896), digəri isə İstanbul Universitetinin kitabxanasında (№ 3856) saxlanılır. Robert Ermers, əl-Hədisiyə istinad edərək üçüncü bir nüsxənin varlığından da bəhs etmişdir. Lakin bu nüsxə əlyazma olmayıb, Darul-kütubil-Misriyyənin arxivində saxlanılan kinosənəddir.

Tədqiqatlar Əsər üzərində Selanikli Mustafa Əfəndi, Ziya Bünyadov, Robert Ermers, A. Mələk Özyetgin və Əhməd Cəfəroğlu təqqiqatlar aparmışlar.

Nəşrləri Əsər müxtəlif tarix (1931, 1936, 1999 və s.) və yerlərdə (İstanbul, Leyden və s.) nəşr edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:1312-ci ilin kitabları Kateqoriya:Qıpçaqlar