Cəmil Quliyev () — Azərbaycan kinorejissoru, ssenari müəllifi, "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru (2019–2020), Azərbaycan Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" kanalının sabiq baş direktoru (2011–2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012), İctimai Televiziyanın sabiq baş direktoru (2013–11.5.2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri (2018–2019), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi,Kinofilmlər xalqın mənəvi və maddi dəyərlərini əks etdirir: [Əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyevlə söhbət] //Səs.- 2008.- 6 avqust.- S. 12. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı (2018), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru.
Həyatı Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib.
1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.
1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998–2006-cı illərdə həmin Universitetin "Kino və televiziya sənəti" kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur.
2000–2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.
2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru,110 yaşlı Azərbaycan kinosunun dünəni və bu günü: [DFF-nin direktoru, incəsənət xadimi Cəmil Quliyev ilə söhbət] //Ekran efir.- 2008.- 1 avqust.- S. 16. 2011–2013-cü illərdə Mədəniyyət kanalının baş direktoru olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-cü il aprel ayının 23-dən 2018-ci il may ayının 11-nə kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru olub. 1 avqust 2018-ci ildən 2019-cu ilədək Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olmuşdur. 2019–2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışmışdır.
1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının, 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilmişdir.
Professor Elşad Quliyevin oğludur.
Təltif və mükafatlar "Humay" mükafatı — 1998 "Əməkdar incəsənət xadimi" fəxri adı — 2005 "Akademik Yusif Məmmədəliyev" medalı — 2007 "Zirvə" mükafatı — 2010 Fəxri Mədəniyyət İşçisi — 2013 "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007–2017)" yubiley medalı — 2017 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2018 Prezident Mükafatı — 10 may 2019, 7 may 2020, 7 may 2021, 10 may 2022, 6 may 2023, 9 may 2024, 8 may 2025, 7 may 2026 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı — 2026
Filmoqrafiya Rejissoru olduğu filmlər Marş (film, 1982) Balıq günü (film, 1983) Bayramda yağış (film, 1985) Köç (film, 1986) Bu da bir naxışdır (film, 1987) Cansıxıcı əhvalat (film, 1988) Qarət (film, 1990) Şirbalanın məhəbbəti (film, 1991) Ekskursiya (film, 1991) Subaylarınızdan görəsiniz (film, 1991) Banqladeş qonaqları (film, 1992) Həsənbəy Zərdabi (film, 1992) Qovlar (film, 1992) Yol (film, 1993) Qala (film, 1994) General de Qol (1995) Ömər Eldarov (1997) General Hüseyn Rəsulbəyov (film, 1998) Kədərimiz... Vüqarımız... Nəsrulla Nəsrullayev (film, 1999) Kinorejissor Arif Babayev (film, 2000) Bir ömrün sədası (film, 2000) İzzət Orucova (film, 2000) Kinorejissor Həsən Seyidbəyli (film, 2002) Fikrət Əmirov (film, 2004)
Aktyor olduğu filmlər Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-rol: Kərimov Görüş (film, 1982) (M.Qorki adına kinostudiya) Murad-Sad (film, 1988) Otel otağı (film, 1998) Hotdoq (film, 1998)Aydın Kazımzadə. Azərbaycan kinosu. Yığcam ensiklopediya (1898–2025). 4 cilddə. I cild. Bakı: TLM, 2026 - səh. 362 Nə gözəldir bu dünya... (film, 1999) Torpağın duzu
Ssenari müəllifi olduğu filmlər Etiraf (film, 1992) Banqladeş qonaqları (film, 1992) Kədərimiz... Vüqarımız... Kinorejissor Arif Babayev (film, 2000) Kinorejissor Həsən Seyidbəyli (film, 2002) Fikrət Əmirov (film, 2004)
Bədii rəhbəri olduğu filmlər Yarasa (film, 1995) Bir addım (film, 2009) Sahə (film, 2010) Mayak (film, 2012)
Məsləhətçi olduğu filmlər Qocalar (film, 2008) Məni izləyən müəmma (film, 2019)
Prodüser olduğu filmlər Titrəmə (film, 2020) Sizə məktub var… (film, 2020) Daxildəki ada (film, 2020)
İstinadlar
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 6. "Cəmil Quliyev Minskdə müasir kino ilə bağlı məruzə etdi" //Yeni Azərbaycan.- 2011.- 6 aprel.
Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı Cəmil Quliyevdir — Vasif Ayanın müəllif layihəsi, YouTube Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan kinoşünasları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:"Azərbaycanfilm" kinostudiyasının direktorları Kateqoriya:İctimai TV-nin (Azərbaycan) baş direktorları Kateqoriya:Mədəniyyət TV-nin baş direktorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları