Raul Modesto Kastro Rus (; ) — qardaşı Fidel Kastrodan sonra 2011–2021-ci illərdə təkpartiyalı kommunist dövlətində ən yüksək vəzifə olan Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmış təqaüdçü kubalı siyasətçi və general.

Həyatı Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq F. Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı.

R. Kastro qardaşından 5 yaş kiçikdir. O, Dövlət Şurası sədrinin birinci müavini idi.

F. Kastro 2001-ci ildə Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi.

Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə — Dövlət Şurasının sədri vəzifəsinə seçib.

Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdırRAUL KASTRO KUBA DÖVLƏTİNİN RƏHBƏRİ OLDU .

İstinadlar

Kateqoriya:Kubada doğulanlar Kateqoriya:Kuba inqilabçıları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Marksistlər Kateqoriya:Çe Qevara