Bərxan Şimşək () — Türkiyə kinoaktyoru və siyasətçisi.
Həyatı Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur.
1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb.
78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub.
22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub. 2010–2011-ci illərdə CHP İstanbul İl başqanı olan Bərxan Şimşək subay və bir uşaq atasıdır.
Filmoqrafiya Fərari mumiya (2002) Müğənni (2001) Acı könül (2001) Xudahafiz sabah (1998) — Dəniz Gəzmiş İşıqlar sönməsin (1996) İş (1995) Yolçu (1994) Tərsinə dünya (1993) Uzlaşma (1992) — Mehmet Əli Ağca Maddə 438 (1990) — Səbri Minyəli Abdulla (1989) Quruluş (1986) Silah dostları (1986) Acımak (1985) — Mehmet Acı (1984) Sevimli oğlum (1977) Cəhənnəm elçiləri (1975)
Mükafatları 1994 Ankara Kinofestivalı — "Ən yaxşı ikinci plan aktyoru" mükafatı ("Yolcu" filmindəki roluna görə) 1996 Maqazin Qəzetçiləri Dərnəyi mükafatları — "Ən yaxşı aktyor" makafatı ("İşıqlar sönməsin" filmindəki roluna görə)
Xarici keçidlər Berhan Şimşek Resmi Websitesi
Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:TBMM XXII çağırış deputatları Kateqoriya:Türkiyə kişi film aktyorları