Laqaş - Mesopotamiyada qədim dövr şəhərlərindən biri. E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır. Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür. Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.
Arxeoloji qazıntılar
İlk sülalə
Urnanşe Eannatum Entemena Luqalandan Uruinimkina
İkinci sülalə
Puzur-Mama Ur-Utu Ur-Mama Lu-Baba Luqula Kaku
Həmçinin bax
Şumer Mesopotamiya Qədim Şərq
İstinadlar Kateqoriya:İraq tarixi Kateqoriya:Mesopotamiya tarixi Kateqoriya:İraqdakı arxeoloji abidələr Kateqoriya:Şumer Kateqoriya:Şəhər-dövlətlər Kateqoriya:Tarixi krallıqlar