Zemfira Emin qızı Sadıxova () — Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007).

Həyatı Zemfira Sadıxova 17 iyun 1939-cu ildə Bakıda anadan olub. O, 1961–1965-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

Zemfira Sadıxova 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. O, bu kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277. və burada 30-dan çox filmdə rollar yaratmışdır.

Aktyor Yusif Vəliyevin həyat yoldaşı olmuşdur.

Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1 avqust 2007 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2019

Filmoqrafiya İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) (rol: tibb bacısı) Torpaq. Dəniz. Od. Səma (film, 1967) (tammetrajlı bədii film) (rol: Fatma) Dəli Kür (film, 1969) (tammetrajlı bədii film) (rol: Mələk) Noktürn (film, 1970) (rol: Rəna) Gecə söhbəti (film, 1971) (qısametrajlı sənədli-bədii film) (rol: ana) Ulduzlar sönmür (film, 1971) (tammetrajlı bədii film) (rol: Firuzə) Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) (rol: Əminə) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) (rol: Haşımın arvadı) Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film) (rol: Sevda) Tütək səsi (film, 1975) (tammetrajlı bədii film) (rol: Xədicə) Çətirimiz buludlardır (film, 1976) (tammetrajlı bədii film) (rol: Firəngiz bacı) Dünən, bu gün, sabah (film, 1977) (rol: Dolores) Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: şəhər sakini) Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film) (rol: Nazlı xanım) Vulkana doğru (film, 1977) (üçseriyalı bədii film) (rol: Nisə) Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film) (rol: Anaxanım) Evin kişisi (film, 1978) (tammetrajlı bədii film) (rol: ana) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) (rol: Nərimanın anası) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) (rol: Eyvazın arvadı) Anlamaq istəyirəm (film, 1980) (tammetrajlı bədii film) (rol: Fəridə) İşgüzar səfər (film, 1982) (tammetrajlı bədii film) (rol: Gülsüm) Asif, Vasif, Ağasif (film, 1983) (tammetrajlı bədii film) (rol: bağça müdirəsi) Evlənmək istəyirəm (film, 1983) (tammetrajlı bədii film) (rol: Gülsümün anası) Park (film, 1983) (tammetrajlı bədii film) (rol: katibə) Qara gölün cəngavərləri (film, 1984) (tammetrajlı bədii film) (rol: Fatma) Arşınmalçı (film, 1985) Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Ağabacı) Yataqda siqaret çəkməyin (film, 1986) (qısametrajlı sənədli-bədii film) Don Kixot (film, 1988) (tammetrajlı bədii film) (rol: Qulluqçu) Qətl günü (film, 1990) (tammetrajlı bədii film) (rol: Zəminə) Tələ (film, 1990) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) (rol: hakim) Girişmə, öldürər! (film, 1991) (tammetrajlı bədii film) (rol: Sayalı) Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) (rol: Nazlı) Qara "Volqa" (film, 1994) (tammetrajlı bədii film) (rol: müdirə) Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film) (rol: Fəridə xanım) Qardaşımdan yaxşısı yox idi (film, 2010) (tammetrajlı bədii film) (rol: Məryəm) Salnamə (film, 2010) (rol: Şəhid anası) Ramazan bayramın mübarək, Azərbaycan (film, 2010) (rol: Zeynəb xala) Mənim sevimli şəhərim Bakı (film, 2011) (rol: nənə) Bazar günü (film, 2013) (tammetrajlı bədii film) (rol: Əsmər) Əlvida, Şmidt (film, 2013) (tammetrajlı bədii film) (rol: Zemfira) Axırıncı dayanacaq (film, 2014) (tammetrajlı bədii film) (rol: Lətifə) Dmitrov küçəsi 86 (film, 2015) (qısametrajlı bədii film) (rol: Şəfiqə xanım) Kədərim (film, 2015) (qısametrajlı bədii film) (rol: nənə) Təsadüf (film, 2015) (qısametrajlı bədii film) Müslüm Maqomayev (film, 2019) (rol: Quliyeva) Əlvida, Şmidt (film, 2019) Qış nağılı (film, 2019)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri