Slovakiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və cəmi 7 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Slovakiya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir.
Slovakiya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Ölkənin müsabiqədə əldə etdiyi ən yüksək nəticə 1996-cı ildəki 18-ci yerdir. Müsabiqədə əldə etdiyi zəif nəticələr səbəbindən Slovakiya 1995, 1997 və 1999-cu illərdə Avropa Yayım İttifaqının qərarı ilə Avroviziyadan kənarlaşdırılmışdır. 2000-ci ildə isə ölkə müsabiqədə iştirakdan könüllü olaraq imtina etmiş və bir daha 2009-cu ildə Avroviziyaya qayıtmışdır. 2012-ci ilə kimi fasiləsiz olaraq müsabiqədə iştirak edən Slovakiya hər dörd cəhdində yarımfinalda məğlub olaraq, 2013-cü ildə Avroviziyadan kənarlaşmışdır.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1994 Slovakca Tublatanka "Nekonečná pieseň" 19 15Yarımfinal olmayıb 1996 Slovakca Marsel Palonder "Kým nás máš" 18 19 17 36 1998 Slovakca Katarina Hasprova "Modlitba" 21 8Yarımfinal olmayıb 2009 Slovakca Kamil Mikulçik və Nela Potsiskova "Leť tmou"Finala keçməyib 18 8 2010 Slovakca Kristina "Horehronie" 16 24 2011 İngiliscə TWiiNS "I'm Still Alive" 13 48 2012 İngiliscə Maks Ceyson Mey "Don't Close Your Eyes" 18 22 colspan="8" data-sort-value="zzzzz"
Səsvermə tarixçəsi Slovakiyanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 34 2 30 3 27 4 26 5 21 Slovakiyanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 20 2 8 3 7 4 5 5 2
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində