VI Qustav və yaxud tam adı ilə Oskar Fredrik Vilhelm Olaf Qustav Adolf (), idarəetmədə söz sahibi olan son İsveç kralıdır.

Həyatı İsveç kralı V Qustavın oğlu idi. 1902-ci ildə orduya girdi, 1932-ci ildə generallığa yüksəldi. Uppsala Universitetində təhsil gördüyü illərdə başlayan arxeologiya marağı həyatı boyunca davam etdi. 1920-ci illərdə Yunanıstan, İtaliya və Kiprdə arxeoloji araşdırma gəzintilərinə qatıldı. İsveçdəki qədim abidələr haqda məqalələr yazdı. Dünyada Asiya qab-qacaqlarından ibarət olan ən böyük xüsusi kolleksiyalardan birinə sahib olan Qustav, Çin farforları mövzusunda mütəxəssis idi. 88 yaşında, İtaliyanın Akvarossa şəhərindəki Etrusk xarabalıqlarında davam etdirilən qazıntı işlərinə qoşuldu.

Ailəsi və hakimiyyət dövrü 1920-ci ildə ölən ilk arvadı Connaught şahzadəsi Marqaretadan beş uşağı oldu. Ən böyük oğlu Vasterbotten hersoqu Qustav Adolfu varis elan etdi. 1923-cü ildə Luiza Mauntbettenlə ikinci evliliyini edən Qustav 1950-ci ilin oktyabrında taxta çıxdı. Vəliəhd Qustav Adolfun 1947-ci də ölməsindən sonra, onun oğlu Karl Qustav vəliəhd oldu. 1965-ci ildə Riksdag (Parlament) kralların hökmdarlığa başlama yaşını 25-ə yüksəltdi. Həmçinin 1971-ci ildə çıxarılan və 1973-cü ildə Qustavın ölümünün ardından qüvvəyə minən qanunla kralın səlahiyyətlərinin çoxu əlindən alındı, krallıq böyük ölçüdə simvolik bir mövqe halına gəldi. Qustavın yerinə nəvəsi XVI Karl Qustav İsveç kralı oldu. İstinadlar

Kateqoriya:İsveç kralları Kateqoriya:Bernadotlar Kateqoriya:İsveçdə doğulanlar Kateqoriya:İsveçdə vəfat edənlər Kateqoriya:Uppsala Universitetinin məzunları Kateqoriya:İllis kvorum medalı ilə təltif edilənlər Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:XX əsr siyasətçiləri