Rokki () — 1976-cı ildə istehsal olunmuş ABŞ filmi. Film 3 Oskar mükafatına layiq görülmüşdür. Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir. Bəzən tamaşaçılar Rokki personajının prototipini rinqdə bircə dəfə də məğlub olmamış italyan əsilli ABŞ boksçusu Rokki Marçiano ilə eyni tuturlar. "Rokki" filmi 2006-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Məzmun
1975-ci il, 25 noyabr, Filadelfiya ştatının Kensinqton şəhəri. Rokki Balboa adında boksçu səhərlər italyan mafiozunun yanında çox kiçik vəzifədə işləyir, gecələr isə məşq edərək boks turnirlərində iştirak edir. Rokki köhnə olan kiçik bir evdə çox kasıb həyat sürür. Boksçulardan biri "Sümüksındıran" ləqəbli Apollo Krid döyüşməmişdən əvvəl onun rəqibi əlindən zədə alır. Bu xəbəri eşidən Apollo böyük populyarlıq əldə etməsi üçün onun haqqında reklam aksiyasını geri döndərmək istəmir. Bu səbəbdən Apollo digər rəqiblə mübarizə aparmaq üçün müxtəlif cəhdlər edir. Sonda Apollo Rokkiyə rast gəlir. Apollo Krid onun "İtalyan dayçası" ləqəbindən çox xoşu gəlir və ona tanınmaq üçün şans verir. Rokki Apollo ilə döyüşməyə razılıq verir. Razılaşmadan sonra Apollo televiziyada "Amerika imkan ölkəsidir" sitatını söyləyərək tanınmayan boksçunun uğur əldə etməsinə imkan yaradır. Bu müddətdə Rokki dükanda satıcı vəzifəsində çalışan utanacaq Edrian Pennino ilə münasibət qurmağa çalışır. Əvvəllər Rokkidən xoşlanmayan Edrian sonralar Rokki ilə münasibət qurur. Rokki rəqibi Apollo kimi məşq etməyə başlayır. Rokkinin müəllimi 1920-ci illərin məşhur boksçusu Mikki Qoldmill, Apollonun məşqçisi isə Toni "Dyuk" Eversdir.
Apollo Krid və Rokki Balboa arasında baş verən döyüş 1976-cı il 1 yanvar tarixində baş verir. Apollo rəqibinin böyük uğur əldə etməsinə inanmayaraq onu asanlıqla məğlub edəcəyinə inanır. Lakin ilk rinqdə Rokki Apollonu nokdauna yollayır. Apollo ayılan zaman bundan heyrətlənir. Rokki 15 raundun hamısına dözərək bütün döyüşlərə tab gətirməyi bacarır. Yarışmanın sonunda Apollo revanşın olmamasını istəyir. Rokki isə revanşın heç kimə lazım olmamasını söyləyir. Yarışma bitdikdən sonra hakimlərin qərarı sayəsində Apollo xal hesabına (8:7, 7:8, 9:6) qalib olur. Bu yarışma Apollonun həyatında ən ağır yarışma olur. Jurnalistlər Rokkidən müsahibə alan zaman Rokki Edrian, Edrian isə Rokki deyə çağırır. Edrian Rokkini qucaqlayaraq onu sevdiyini söyləyir.
Rollarda Aktyor/aktrisa Rol QeydlərSilvestr Stallone Rokki Balboa Az tanınan boksçu, filmin baş qəhrəmanıTaliya Şayr Edrian Pennino Rokkinin sevgilisiBört Yanq Poli Pennino Edrianın qardaşı Karl Uezers Apollo Krid Məşhur boksçu, Rokkinin rəqibiBörcess Meredit Mikki Qoldmill Rokkinin məşqçisiToni Börton Apollonun məşqçisi Tayer Devid Cergens Diana Levis TV Şərhçisi Corc O'Hanlon TV Şərhçisi Larri Kerroll TV Jurnalisti Codi Letizia Mariya Frenk Stallone Xronometrist Stallonenin real həyatdakı atasıdır.Butkus Stallone Rokkinin iti Stallonenin real həyatdakı itidir
İstinadlar
Xarici keçidlər
Rokki seriyalarının rəsmi saytı "Rocky," The Encyclopedia of Greater Philadelphia Rocky at the Sports Movie Guide ESPN.com Page2 Articles: Reel Life Rocky by Jeff Merron The Making of Rocky by Sylvester Stallone A Movie of Blood, Spit and Tears by Royce Webb Six Little Known Truths about Rocky by Ralph Wiley Which Rocky is the real champ? by Bill Simmons
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:Pensilvaniya haqqında filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:ABŞ-nin milad filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatını alan filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Filadelfiya haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri