"Bir, iki, üç" () — rejissor Billi Uaylderin filmi.
Məzmun Mak Namara "Koka-Kola" şirkətinin yüksək vəzifəli əməkdaşıdır. Şirkətin Qərbi Berlindəki nümayəndəliyinin sədridir. O, bu şirkətin bütün Avropadakı filiallarının rəhbərliyini öz əlinə almaq və Londona köçmək arzusundadır. Mak Namaranın müdiri ondan Berlinə gəlmiş 17 yaşlı qızı Skarletin qayğısına qalmağı xahiş edir. Bu səfəri zamanı, Skarlet heç kimə demədən Şərqi Berlin kommunisti Ottoya ərə gedir. İndi Mak Namara onların nikahını pozmaq üçün əlindən gələni etməlidir. Lakin ortaya Skarletin hamilə olması məsələsi çıxır. Ona görə də indi artıq Mak Namaranın qarşısında Ottonu Şərqi Almaniya həbsxanasından çıxarmaq və ondan kapitalist fikirli adam yaratmaq vəzifəsi durur.
Mükafatlar və nominasiyalar
Nominasiyalar
1961-ci ilin "Oskar" mükafatı: Ən yaxşı operator işinə görə – Deniel L. Fepp
1961-ci ilin "Qızıl Qlobus" mükafatı: Ən yaxşı komediya filminə görə Ən yaxşı ikinci plan qadın roluna görə – Pamela Tiffin
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi : Billi Uaylder, İ.A.L. Daymond Rejissor : Billi Uaylder Operator : Deniel L. Fepp Bəstəkar : Andre Previn Prodüser : Billi Uaylder
Rollarda Ceyms Keqni – Mak Namara Horst Buhhols – Otto Lüdviq Piffl Pamela Tiffin – Skarlet Hazeltin Arlin Frensis – Fillis Mak Namara Lilo Pulver – İneqborq Hovard St. Con – Uendell P. Hazeltin Hanns Lothar – Mak Namaranın köməkçisi Şlemmer Leon Askin – Perepetçikov Ralf Volter – Borodenko Karl Liffen – Fris Hubert fon Meyerink – Drost Şattenburq Lois Bolton – Melani Hazeltin Piter Kepell – Mişkin Til Kiue – məruzəçi Henninq Şlüter – Bauer Karl Lüdviq Lindt – Zeydlits
Filmi səsləndirənlər Siq Rumen — Drost Şattenburq (Hubert fon Meyerink)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Billi Uaylderin filmləri Kateqoriya:1961-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Almanca filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Berlin haqqında filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Gənclik filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Pyeslərə əsaslanan filmlər