Tovuz Dövlət Sosial-İqtisadi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.

Tarixi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 nömrəli Qərarı. .

İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Fiziki tərbiyə müəllimliyi (Ümumi orta təhsil bazası üçün); İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə; Mühasibat uçotu; Maliyyə işi; Bələdiyyə təsərrüfatının təşkili; Yol hərəkətinin təşkili; Baytarlıq; Yer quruluşu və torpaq müfəttişliyi; Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi.

İstinadlar

Kateqoriya:Tovuz kollecləri Kateqoriya:26 avqustda yarananlar Kateqoriya:2002-ci ildə Azərbaycanda yarananlar