right|thumb|300px|Rozo şəhərinin fəzadan görüntüsü thumb|right|300px|Rozo şəhəri Rozo — Dominikanın paytaxtı, əhalisi — 14 847 nəfər (2001). Karib dənizi, Rozo çayı və meşə ilə örtülmüş Morn Bryus (Morne Bruce) dağı ilə əhatə edilib. Qədim hindu yaşayış məskəni olan Sairinin yerində salınıb, adanın ən qədim və ən əhəmiyyətli yaşayış məskənidir .
Şəhər həyatı Dominika adasının qərb sahilində yerləşir, özündə müstəmləkə (Fransa) və müasir arxitekturanı birləşdirir. 30 hektarı əhatə edən 80 kvartala bölünür. Layma, layma şirəsi, tropik meyvələr və ədavalar ixrac edir. thumb|300px|Rozo bazarından videogörüntü here Şəhərin mərkəzində evlər azdır. Orada yaşayış azdır, insanlar ora daha çox işləməyə gəlirlər. Şəhər mərkəzindəki küçələr hərəkət xəttindən daha çox bağ, idman meydançası, kütləvi tədbirlər yeridir. Mərkəzdəki botanika bağları əhalinin, daha çox uşaqların istirahət yeri kimi istifadə edilir.
Mədəniyyət Rozo Dominikanın mədəniyyət mərkəzidir, şəhərdə xeyli mədəniyyət nümunələri, XVIII əsr katolik kilsəsi vardır. Şəhərdə dövlət radiostansiyası və özəl teleşirkət vardır. Şəhər ətarfında botanik bağ salınıb.
Təhsil Rozoda altı orta və səkkiz ibtidai məktəb vardır. Dominika Dövlət Kolleci fəaliyyət göstərir. Həmçinin özəl tibb məktəbi də vardır.
Həmçinin bax Dominika Dominika universitetləri
Kateqoriya:Dominika Kateqoriya:Dominika şəhərləri Kateqoriya:Karib hövzəsi dövlətlərinin paytaxtları