Hörümçək-adam () — 2002-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, Marvel Comicsin eyniadlı personajının mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmi. Nyu-Yorkda yaşayan filmin qəhrəmanı Piter Parker (Tobi Maquayr), ali məktəb tələbəsidir və o, Hörümçək-adamın super güclərini əldə etdikdən sonra cinayətkarlığa qarşı mübarizəyə başlayır. Filmdə, Kirsten Danst Piterin romantik münasibətdə olduğu Meri Ceyn Uotsonu, Uillem Dafoe Piterin düşməni olan Norman Osborn və ya gizli adı ilə Yaşıl qoblini, Rozmari Harris və Kliff Robertson Mey xala ilə Ben əmini, Ceyms Franko Piterin ən yaxın dostu Harri Osbornu, Conatan Simmons "Daily Bugle" qəzetinin baş redaktoru və nəşriyyatçısı Cey Cona Ceymsonu canlandırıb.
Məzmun
Piter Parker cavan məktəbli botanikdir. Onun yalnız yaşlı dayısı və xalası vardır. Piteri məktbdə hamı ələ salır. Onunla yalnız varlı məktəbli Harri Osborn dostluq edir. Piterin isə Meri Ceyn Uotson adında qız dostu var və ona aşiqdir. Onunla bərabər Harri də Meriyə aşiqdir. Piter Parkerin həyatı bir gün bir hörümçək tərəfindən dişlənilməsiylə tamamilə dəyişir. Çünki bu hörümçək sıravi bir hörümçək deyil, genetik olaraq özəlliklə inkişaf etdirilmiş, elmi məqsədlərlə istifadə edilən bir təcrübədir. Bir müddət keçdikdən sonra Piterdə dəyişiklər baş verir. Piter əlindən gözlənilmədən hörümçək toru çıxarmağa başlayır. Beləliklə, Piter "Hörümçək-adam" kimi formalaşır. Piter boş vaxtlarında "Hörümçək-adam" adlı qəhrəmanının şəklini və geyimini yaradır. Bir neçə müddət sonra Piter insanları oğrulardan xilas edən qəhrəmana çevrilir.
Piterin tanıdığı Harri Ozbornun atası olan Norman Ozborn elm adamıdır. Norman müxtəlif təcrübələrlə məşğul olur. Bir gün gecə vaxtı uğursuz təcrübədən sonra onun əməkdaşı ölür. Lakin özü sağ qalaraq qəribə varlığa "Yaşıl qoblin"ə dönür. Zaman keçdikcə həmin varlıq insanları ələ keçirməyə başlayır. Bu müddətdə qəhrəman "Hörümçək-adam" insanları xilas etməklə məşğuldur. Quldurlardan biri Piterin dayısı Ben Parkeri öldürür. Piter isə bir müddətdən sonra qaydasız döyüş üzrə çempion olduqdan sonra döyüş meydanını tərk edərkən gözlənilmədən həmin quldura polislərdən qaçmağa kömək edir. Lakin sonradan Piter başa düşür ki, bu quldur onun dayısının ölümünə səbəb olub. Bu səbəbdən quldur binada olarkən Piter onu binadan yerə atır. Bu hadisədən sonra Piter başa düşür ki, onun əsas vəzifəsi cinayətkar aləmi ilə mübarizə aparmaqdır.
Vaxt keçdikcə "Yaşıl qoblin" Piterin sevdiyi qızı Meri Ceyni və funikulyor ilə birgə uşaqları ələ keçirir. "Hörümçək-adam" onun yanına gələn zaman "Yaşıl qoblin"dən ələ keçirdiyi insanları buraxmağı tələb edir. Lakin "Yaşıl qoblin" onun qarşısına iki məqsəd qoyur: Ya "Hörümçək-adam" sevdiyi qızı xilas etməli, ya da uşaqları xilas etməlidir. "Hörümçək-adam" həm Merini, həm də uşaqları xilas edir. Bu zaman "Hörümçək-adam" və "Yaşıl qoblin" arasında kəskin mübarizə başlayır. "Hörümçək-adam" çətinliklə də olsa mübarizədən sağ çıxır. "Yaşıl qoblin" Normana dönən zaman Piterə bu hadisənin oğlu Harriyə söyləməməsini istəyir və bu zaman ölür. Bu hadisə bitdikdən sonra Nomran qəbirdə basdırılır və Piter Harriyə bu haqda heç nə söyləmir. Harri isə ona deyir ki, atasının intiqamını "Hörümçək-adam"dan mütləq alacaqdır. Piterin sevgilisi Meri onun iki həyatlı insan olduğunu zənn edir.
Rollarda Ad RolTobi Maquayr Piter Parker (Hörümçək-adam)Uillem DefoNorman Ozborn (Yaşıl qoblin)Kirsten DanstMeri Ceyn UotsonKliff RobertsonBen ParkerCeyms FrankoHarri OzbornRozmari HarrisMey ParkerBrüs Kempbellqaydasız döyüş yarışmasının aparıcısı
Saundtrek
Çəkilişlər Piter Parkerin bufetdə Meri Ceynin naharını göydə padnosla tutduğu səhnənin çəkilməsi üçün 156 cəhd edilib və 16 saat sərf olunub.
İstinadlar
Xarici keçidlər
"Hörümçək-adam" filminin rəsmi saytı
Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:2002-ci ilin filmləri Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Hörümçək-adam filmləri Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:Manhetten haqqında filmlər Kateqoriya:2002-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Rebut filmlər Kateqoriya:2000-ci illərin vigilante filmləri Kateqoriya:Sem Reyminin filmləri Kateqoriya:2000-ci illərin superqəhrəman filmləri Kateqoriya:Hörümçək-adam 2002-ci il trilogiyası Kateqoriya:İngilis dilində romantik filmlər Kateqoriya:Zorakılıq haqqında filmlər Kateqoriya:2002-ci il haqqında filmlər Kateqoriya:Kinematoqrafiyada reklam və marketinq qalmaqalları Kateqoriya:Devid Koeppin ssenari müəllifi olduğu filmlər Kateqoriya:İnternet memləri