Küveyt (həmçinin Əl- Küveyt — ) — Küveyt dövlətinin paytaxtı.

Tarixi Küveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur.

Əhalisi Şəhərin əhalisi — 151.060 (2008), şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur.

Coğrafiyası Şəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır.

Sənayesi Müasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır. Küveytin Şüveyx adlanan rayonunda gəmiqayırma və gəmi təmiri müəssisələri, istilik-elektrik stansiyası yerləşir. Şəhərdə dəniz suyunu içməli suya çevirən müəssisə var.Soltanova H. B., Məmmədov C. A. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası" (dərslik). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, s. 121–122

Nəqliyyat Küveyt mühüm dəniz limanı, ölkənin böyük nəqliyyat qovşağıdır. Şəhərdə Beynəlxalq Küveyt aeroportu yerləşir.

İctimai və mədəni həyat Küveytdə universitet, milli muzey fəaliyyət göstərir. Paytaxtda onlarca qəzet, jurnal nəşr edilir. Milli televiziya və radio mərkəzi, KUNA adlanan hökumət informasiya agentliyi fəaliyyət göstərir.

Həmçinin bax Küveyt iqtisadiyyatı Küveytdə təhsil Küveyt coğrafiyası Küveytdə nəqliyyat

Xarici keçidlər Водонапорные башни Эль-Кувейта

İstinadlar

Kateqoriya:Küveyt coğrafiyası Kateqoriya:Asiya dövlətlərinin paytaxtları Kateqoriya:Sahilyanı yaşayış məntəqələri Kateqoriya:Küveyt şəhərləri Kateqoriya:Asiyanın liman şəhərləri