Çatı – tükdən (qıldan — əsasən keçi qılından) hörülmüş və ya toxunmuş qalın kəndirAzərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. —Bakı, 2006. I cild, səh.451..
Çatıdan heyvanları bağlamaq, şələ, səhəng götürmək üçün istifadə edilərdi. Heyvandarlıqda istifadə etmək üçün üç-dörd, şələ və səhəng götürmək üçün beş-yeddi tağdan toxunur. Çatı toxunduqdan sonra hər iki ucuna yundan toxunmuş rəngli qotazlar tikilir. Çatı əsasən keçi tükündən (qəzilindən) hazırlanır. Çünki yuna nisbətdə keçi tükü daha dözümlü olur. Çatının uzunluğu iki metrə qədər olurЛятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.72. .
Həmçinin bax Örkən Sicim
İstinadlar
Kateqoriya:Məişət əşyaları