Məzmun Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır.
Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.Tülkü həccə gedir (Azərbaycan SSR, 1971, cizgi filmi, azərbaycan dilində) multfilm
Film haqqında Applikasiya filmidir.
Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır.
Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov
Filmi səsləndirənlər Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev
Mənbə “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
İstinadlar
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1971-ci ilin Azərbaycan filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Heyvanlar haqqında cizgi filmləri