Qəzəbin yumruğu (, kantonca: 精武門 — Jing wu men) — 1972-ci ildə Brüs Linin iştirakı ilə çəkilən döyüş filmi.
Məzmun
Filmdə baş verən hadisələr XX əsri əvvəllərində baş verir. Çen Zen "Cinqvu" məktəbinin əsasını qoyan müəllimi Ho Yuantszyanın ölüm xəbərini eşidir və Şanxaya geri dönür. Honqkou dojosunun sahibi Suzuki tərcüməçisi Vu En və adamları ilə birlikdə yas mərasiminə plakat göndərir və onun üzərində "Şərqi asiyanın xəstələri" ifadələri dərc olunmuşdur. Bu isə XIX əsrin sonları, XX əsrin əvvəllərində çinlilər üçün təhqir hesab olunurdu. Bu hadisədən sonra Çen Zen Honqkou dojosuna təkbaşına gedir və plakatı onlara geri qaytarır. Bu zaman dojonun müəllimi Yoşida və onun tələbələri ilə mübarizə aparır. Çen Zen onları məğlub edir.
Çen Zen parka gedən zaman qadıdakı mühafizəçi onu içəri buraxmır. Mühafiəçi parka itlərə və çinlilərə qadağan olmasını qeyd edir. Bu zaman parka bir qadın iti ilə daxil olur. Çen Zen onun nə üçün parka daxil olduğunu soruşan zaman mühafizəçi yenidən qeyd edir ki, onun üçün parka giriş qadağandır. Parka daxil olmağa hazırlaşan Yaponlar onu öz tərəflərinə çağırırlar. Yaponlar ona parka daxil olmaq üçün it kimi hərəkət etməsini təklif edirlər. Bu zaman Çen Zen döyüşərək onları məğlubiyyətə düçar edir və buranı tərk edir. Ardınca Honqkou dojosunun müəllimi Yoşida, tələbələri ilə birlikdə "Çinqvu" məktəbinə hücum edir. Bir müddət sonra bura Çen Zen gəlir və bu hadisədən bərk kədərlənir. Gecə vaxtı müəllimini zəhərləyən şəxslərin Tien və Fenq Quişi adlı tələbələrin olduğunu başa düşür. Çen Zen onları öldürürür və Suzukini öldürmək üçün məktəbi tərk edir. Günlərin birində Çen Zen "Cinqvu" məktəbinin tələbələrindən biri olan Yuana öz sevgisini etiraf edir.
Bir müddət sonra Çen Zen Suzukinin tərcüməçisi Vu Eni öldürür. Çen Zen qoca şəxs cildində Suzukinin evinə daxil olmağı bacarır və burada Rusiyalı döyüşçü Petrovun məharətini müşahidə edir. Gecə vaxtı Çen Zen Suzukinin dojosuna gedir. Burada onun tələbələri ilə mübarizə aparır. Suzukinin dojosunun müəllimi olan Yoşidanı və sıra mühüm şəxsləri öldürür. Suzukini öldürmək üçün ilk növbədə Petrovla döyüşür və onu öldürməyi bacarır. Ardınca Suzuki ilə mübarizə aparır və öldürür. Bu hadisədən sonra "Cinqvu" məktəbinə geri dönür və polislərə təslim olur. Çen Zen əvəzində Müfəttiş Lodan məktəbinə zərər vurmayacağı barəsində söz verməsini istəyir. Müfəttiş Lo onunla razılaşır. Çölə çıxan zaman insanları etirazını və polislərin onu öldürmək üçün silahlı vəziyyətində hazırlandıqlarını müşahidə edir. Bu zaman Çen Zen qaçaraq yükəkdən təpik zərbəsi vurur. Bu epizod saxlanılır və atəş səsləri eşidilir.
Rollarda Ad Rol Qeydlər Brüs Li Çen Zen Döyüş ustasıNora Myao Yuan Li Er Cinqvu məktəbinin tələbələrindən biri Ceyms Tien Fan Chia-chi Cinqvu məktəbinin tələbələrindən biri Riki Haşimoto Hiroşi Suzuki Honqkou dojosunun başçısıYi Fenq Yoşida Honqkou dojosunun müəllimiRobert Beyker Cənab Petrov Rusiyalı döyüşçü Pol Vey Vu En Suzukinin tərcüməçisiLo Vey Müfəttiş Lo Çinli polislərin başçısıdırKori Yuen rolu yoxdur Suzukinin tələbələrindən biridirYuan Byao rolu yoxdur Suzukinin tələbələrindən biridirYuen Vah rolu yoxdur Suzukinin tələbələrindən biridirCeki Çan rolu yoxdur kaskadyor
Xarici keçidlər
Kateqoriya:Honkonq filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:Brüs Li Kateqoriya:Mandarin dilində filmlər Kateqoriya:İrq və etnik mənşə haqqında filmlər Kateqoriya:Honkonqun dram filmləri Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:1972-ci ilin filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Golden Harvest filmləri Kateqoriya:Honkonqun döyüş filmləri