Sabnova - Dağıstan Respublikasının Dərbənd rayonundakı kənd. Kənd Dərbənd şəhərindən 7 km şimal-qərb tərəfdə, Sabnovaçay (rusca Suxodol) çayının sağ sahili boyunca, Açıqsırt dağının ətəklərində yerləşir.
Kəndin 2017-ci ilin nəticələrinə əsasən 4286 nəfərlik əhalisi vardır. Sakinlərin mütləq əksəriyyəti etnik azərbaycanlılardan ibarətdir, həmçinin tabasaranlı və dargi əhalisi də var.
2010-cu ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,820 nəfər yaşayırdı, və onların 3,612 nəfərini (94%) etnik azərbaycanlılar, 67 nəfərini (1,8%) tabasaranlılar, 43 nəfərini (1,1%) dargilər, 98 nəfərini (2,5%) isə digər millətlərin nümayəndələri təşkil edirdilər.Население Республики Дагестан :Итоги переписи 2002 г. по Дербентскому району
Mənbə
Единый школьный портал Министерства образования и науки Республики Дагестан: средняя школа села Сабнова Дербентского района : История села Сабновы İstinadlar
Kateqoriya:Dərbənd rayonunun yaşayış məntəqələri