Dil Se (hind. दिल स, Dil Se) — filmin rejissoru Mani Ratnamdır. Filmdə baş rollarda Şahrux Xan ,Manişa Koirala və Priti Zintadır. Mani Ratnam həm də filmin ssenaristləri sırasındadır. Priti Zintanın ilk filmi olan bu film həmçinin bu aktrisaya ilk Filmfare Award mükafatını qazandırır və ilin ən yaxşı aktrisası seçilir. Dil Se həmçinin Şahrux Xannın qonaq oyunçu olan Malaika Arora ilə qatar üzərindəki möhtəşəm rəqsi və Chaiyya Chaiyya müsiqisi ilə məşhurdur. Dil Se filmi Hindistannın Himacal, Kəşmir, Assam, Kerala, Dehli bölgələrində və Butanda 55 günə çəkilib. Film Hindistanın Parallel Cinema nümunəsi hesab olunur. Film kinematoqrafiya, xoreoqrafiya, musiqi və bir çox keyfiyyətlərinə görə mükafatlara layiq görülür. Filmin gəliri o qədər də yüksək olmasa da ölkəxarici qazanc $975,000 və £537,930 olub.
Rollarda Şahrux Xan — Amarkant "Amar" Varma Manişa Koirala — Meqhna Priti Zinta — Priti Nair Malaika Arora — Chaiyya Chaiyya musiqisi üçün dəvət olunan oyunçu Raqhuvir Yadav — Şukla Zöhrə Səhqal — Nənə Arundathi Naq Aditya Şrivastava Mita Vasisht — Mita Krişnakant Ken Filip Sanjay Mişra
Mükafatlar 1999 Berlin Beynəlxalq Film Festivalı (Almaniya) Netpac Award — Mani Ratnam 1999 National Film Awards (Hindistan) Gümüş Lotus mükafatı — Santoş Sivan Gümüş Lotus mükafatı — H. Sridhar 1999 Filmfare Awards (Hindistan) Priti Zinta — Ən yaxşı qadın nominasiyasında A. R. Rahman — Ən yaxşı musiqi rejissoru
Musiqi Filmin musiqilərini A. R. Rahman bəstələyib. Musiqilərin sözləri isə Gulzara məxsusdur.
"Dil Se Re" (6:54) – A. R. Rahman, Anuradha, Anupama "Jiya Jale" (4:12) – Lata Mangeshkar, M. G. Sreekumar "Chaiyya Chaiyya" (6:52) – Sukhwinder Singh, Sapna Awasti "E Ajnabi" (5:32) – Udit Narayan, Mahalakshmi "Satrangi Re" (7:12) – Sonu Niqam
İstinadlar Kateqoriya:Hindistan filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Melodram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:1998-ci ilin filmləri Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:Hindistanın romantik triller filmləri Kateqoriya:Hindistanın dramatik müharibə filmləri
Kateqoriya:Jurnalistlər haqqında filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:Romantik müharibə filmləri Kateqoriya:Dramlar Kateqoriya:1990-cı illərin hind dilli filmləri Kateqoriya:Media nümayəndələri haqqında filmlər Kateqoriya:Terrorizm haqqında filmlər