300px|thumb|Ermənistan Akamedik opera və balet teatrı Aleksandr Spendiaryan adına Ermənistan Dövlət Akademik opera və balet teatrı () 1933-ci ildən İrəvanda fəaliyyət göstərir. Teatrın binasını inşa edən memar Aleksandr Tamanyan olubdur. Opera teatrından savayı kompleks Aram Xaçaturyan adına Konsert zalını da özündə yerləşdirir.
Teatrın binasının təntənəli açılışı 1930-cu ildə baş tutsa də, teatr rəsmi olaraq yalnız 1933-cü ildə açılıbdır. Buna baxmayaraq binanın indiki görünüşü bir sıra təmir işləri nəticəsində yalnız 1953-ci ildə formalaşıbdır.
1935-ci ildə burada balet truppası yaradılmışdır və ilk ifa onunan balet Pyotr Çaykovskinin "Qu gölü" baleti olmuşdur. 1938-ci ildən teatr Aleksandr Spendiaryanın adını daşıyır, 1956-cı ildə işə dövlət akamedik teatrı statusunu əldə edibdir.
Teatrın quruluşu Ermənistanda opera və balet sənətinin inkişafına güclü təkan vermişdir. Məhz burada 1939-cu ildə Aram Xaçaturyanın "Sevinc" adlı ilk erməni baleti ifa olunmuşdur.
Açılışından bəri teatrdan 200-dən çox erməni və xarici bəstəkarlara məxsus müxtəlif opera və baletlər qoyulmuşdur. Teatrın truppası 20-dən artıq ölkədə çıxış etmişdir.
İstinadlar
Kateqoriya:Ermənistan teatrları Kateqoriya:1933-cü ildə yarananlar Kateqoriya:"Lenin" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:İrəvan tikililəri