Məzmun Film-konsert ümumi bir süjet əsasında qurulmuşdur. Film çəkən qrup istedadlar axtararkən xalqımızın sevimli sənətkarı Lütfəli Abdullayevə rast gəlir. Onlar aktyordan istedadlar axtarıb tapmaqda yaradıcı qrupa köməklik göstərməyi xahiş edirlər. Beləliklə, məşhur müğənilərdən Müslüm Maqomayev, Şövkət Ələkbərova, rəqqasə Əminə Dilbazi, Flora Kərimova ("Çinar" rəqs ansamblınin solisti kimi) və başqaları filmə çəkilirlər.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Rəşid Atamalıbəyov Ssenari müəllifi: Rəşid Atamalıbəyov Quruluşçu operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov

Rollarda Lütfəli Abdullayev — konsert təşkilatçısı Şövkət Ələkbərova Müslüm Maqomayev Flora Kərimova Əminə Dilbazi

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1962-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Musiqili filmlər