Hellouin () — 1978-ci ildə istehsal olunmuş ABŞ filmidir.Rekin Teksoy (2005). Rekin Teksoy'un Sinema Tarihi. Oğlak Yayıncılık ve Reklamcılık Ltd. Şti.. ss. s. 824. ISBN 975-329-499-9.31 Days of Horror Countdown ; Yoxlanılıb: 9 oktyabr 2014 Film 2006-cı ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Filmin rəssam və montajçılarından biri Tommi Li Uollesdir. Tommi Li Uolles 1982-ci ildə filmin ayrıca davamı olan Hellouin 3: İfritələrin vaxtı filminə və 1990-cı ildə ABŞ yazıçısı Stiven Kinqin yazdığı eyniadlı əsəri əsasında çəkilən O filminə rejissorluq etmişdir.

"Hellouin" filmi 1978-ci ildə çəkilmiş və həmin ildə qiymətləndirməylə $300 və ya 325 minHellouin Upcomingvfxmovies.com saytında, Yoxlanılıb: 8 oktyabr 2014 büdcə ilə ABŞ-də 47 milyon, dünya ölkələrində isə $60 milyon ABŞ dolları həcmində gəlir əldə etmişdir. Bir müddət sonra filmin gəliri $70 milyona çatmışdır.Hellouin The-numbers.com saytında, Yoxlanılıb: 8 oktyabr 2014 Beləcə, "Hellouin" filmin ən çox qazanc gətirən müstəqil filmlərdən biri olmuşdur. Filmin əsas ilham mənbəyi ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok tərəfindən çəkilən "Psixo" filmidir. Filmdə göstərilən hadisələr İllinoys ştatının film üçün uydurulan Heddonfild şəhərciyində baş verir.Haddonfield Halloweenmovie.wikia.com Yoxlanılıb: 28 sentyabr 2014 Əslində, Heddonfild adlı şəhərcik Nyu Cersi ştatına mənsubdur."Haddonfield: Quaker roots run deep" , Courier-Post, Yoxlanılıb: 28 sentyabr 2014New Jersey Division of Alcoholic Beverage Control. New Jersey ABC list of dry towns (May 1, 2013)Giordano, Rita. "More towns catching liquor-license buzz; Moorestown considers ending its dry spell" , The Philadelphia Inquirer, Yoxlanılıb: 28 sentyabr 2014 "Hellouin" filmi bir sıra mükafatlar və nominasiyalara layiq görülmüşdür.

Tənqidçilərin sözlərinə görə bu film, qatil ilə tamaşaçı arasında əlaqə yaradaraq sadizm və qadın düşmənliyini təşviq edir.Mick Martin, Marsha Porter (1986). Video Movie Guide 1987. Ballantine Books. ss. s. 60. ISBN 0-345-33872-3. Digər tənqidçilərə görə filmin 1970-ci illərdə Amerikan gənclərinin əxlaqsızlığının ictimai tənqidi olduğunu söyləyirlər.Tony Williams (1996). "Trying to Survive on the Darker Side: 1980s Family Horror". The Dread of Difference: Gender and the Horror Film. University of Texas Press. ss. s. 164–165. ISBN 0-292-72794-1. Çünki Maykl Mayersin qurbanlarının çoxu narkotik asılılığından əziyyət çəkir və daha çox şəxsi həyatlarına fikir verən şəxslərdir. Filmin baş qəhrəmanı filmdə günahsız biri olaraq tanıdılmışdır. Lakin səhnələrin birində onun marixuana çəkərkən göstərilir. Filmin rejissoru və ssenaristlərindən biri olan Con Karpenter isə bütün bu fikirləri inkar edir.Filmin 25. yıl dönümü için Divimax'in hazırladığı Halloween: A Cut Above the Rest isimli belgesel (1978; Troy, Mich.: Anchor Bay, 2003) Onun sözlərinə görə filmin mövzusu həmin vaxtda çəkilən sleşer janrlı filmlərə uyğun variantda hazırlanmışdır.Alan Jones (2005). The Rough Guide to Horror Movies. Rough Guides. ss. s. 102. ISBN 1-84353-521-1.

Filmin əsas şüarı «Hiylə sağ qalmaqdır» ()

Məzmun

1963-cü il, 31 oktyabr. Hellouin bayramının gecəsində İllinoys ştatında yerləşən Heddonfild şəhərciyində altı yaşında Maykl Mayers, on yeddi yaşında bacısı olan Cudit Mayersi dostu ilə əlaqədə görən zaman onu mətbəx bıçağı ilə öldürür. Bir müddət keçəndən sonra ailəsi evə gəlir və onu əlində qanlı bıçaq və huşunu itirmiş halda tapırlar. Maykl, dərhal "Smith's Grove Warren County Sanitarium" adlı xəstəxanaya aparılır. Burada Maykl Mayers uşaq psixoloqu Həkim Sem Lumisin yanında müalicə alır. Müalicədən 15 il keçəndən sonra Lumis, Mayklın içində saf bir pisliyin olduğunu başa düşür və onu yeddi il xəstəxanada qalması üçün onun mühakimə qeydləri ilə məşğul olur. 30 oktyabr 1978-ci il tarixində Maykl Mayers məhkəmədə mühakimə olunur. Lumis və köməkçisi Merion Çembers 21 yaşındakı Mayklı məhkəməyə aparmaq üçün onun müalicə olunduğu xəstəxanaya gəlirlər. Maykl ani hücumla avtomobili ələ keçirir və buradan qaçır. Bu zaman Lumis onu izləməyə başlayır. Həkim Lumis Cudit Mayersin məzarlığına gedir və onun məzar daşının itkin olduğunu öyrənincə, Mayklın evinə geri döndüyünü başa düşür.

İşçi paltarı geyən və maska taxan Maykl Heddonfild şəhərciyində tərk edilmiş vəziyyətdə olan evinə dönür. Maykl burada yaşayan Lori Stroud adlı gənc xanım və onun bir neçə yoldaşını gizlicə izləməyə başlayır. Lori Stroud Mayklı gün boyunca bir neçə dəfə görür və bundan narahatlanır. Bu müddətdə isə Həkim Lumis onun axtarışına düşür. Həmin gününü axşam vaxtı Lori, səkkiz yaşlı Tommi Doylu himayədarlığına götürmüşdü. Bu zaman dostu olan Enni Brekett ilə görüşür. Enni isə az yaşlı Lindsi Uollesi himayədarlığına götürmüşdü.

Bu müddətdə Maykl Mayers Uolles ailəsinin evlərinin pəncərəsindən Ennini izləyir. Enni ardınca dostu Pol ilə görüşmə vaxtı təyin edərək, Lindsi ilə birlikdə Lorinin yanında qalır. Enni avtomobildə olan zaman Maykl arxa oturacaqda peyda olaraq onun boğazını kəsir. Bu zaman az yaşlı Tommi Doyl pəncərədən baxarkən, maskalı şəxsin Enninin cəsədini Uolles ailəsinin evinə daşıyarkən görür və bu barədə Loriyə xəbər verir. Lakin Lori bunun doğru olmadığını söyləyir və Lindsi ilə birlikdə onu yataq otağına aparır.

Lorinin dostlarından biri olan Linda van der Klok həyat yoldaşı Bob Sims ilə Uolles ailəsinin evinə gəlir. Onlar Enninin evdə olmadığını anlayırlar və gecəni burada qalmağa qərar verirlər. Bir müddət sonra Bob mətbəxə gedir. Bu zaman Bob Maykl tərəfindən boğularaq divara mismarlanılır. Yataq otağında olan Linda Loriyə zəng edir. Lakin qəflətən Maykl Mayers peyda olur və telefonun dəstəyinin ipi ilə onu boğaraq öldürür. Bu zaman Lori telefonda Lindanın xırıltı səslərini eşidir və bunun zarafat olduğunu ehtimal edir.

Bir müddət Lori telefondan gələn xırıltı səsləri yada salaraq narahat olur. Bu səbəbdən Lori Uolleslərin evinə gedir. Bu zaman Lori evdə üç cəsəd və Cudit Mayersin itkin məzar daşını tapır. Lori, nərdivanın sonuncu pilləsində dayanarkən, Mayklın hücumuna uğrayır və nərdivanın pillələrinə düşür. Lakin Lori qonşu evə qaçmağı bacarır. Maykl həmin evə daxil olur. Lori onun boynuna hörgü şişi batırır və dərhal evində qalan uşaqları nəzarət etmək üçün yuxarı otağa çıxır. Bu zaman Maykl onu izləməyə başlayır. Lori otağa daxil olaraq uşaqlara qaçmalarını və polis çağırmalarını söyləyərək, şkafda gizlənir. Maykl şkafın qapısını sındırır. Bu zaman Lori paltar asılqanının telini onun gözünə batıraraq, Mayklın əlindəki bıçağını salmasına səbəb olur. Ardından bıçağı onun sinəsinə batırır və Maykl yerə yıxılır. Bu müddətdə Həkim Lumis hadisə yerinə gəlir və Mayklın Loriyə yenidən hücum etdiyini görür. Bu zaman içəri daxil olan Həkim Lumis Maykl Mayersə altı dəfə atəş açır və Maykl balkondan yerə düşür. Həkim Lumis və Lori balkondan aşağı baxdıqları zaman Mayklın cəsədinin yerdə olmadığını görür.

Film heyəti Hazırlayanlar Rejissor: Con Karpenter Ssenari müəllifi: Con Karpenter Operator: Din Kandi Prodüserlər: Debra Hill, İrvin Yablans, Mustafa Akkad Rəssamlar: Tommi Li Uolles, Kreyq Sterns Bəstəkar: Con Karpenter Montaj edən: Çarlz Börnşteyn, Tommi Li Uolles Montaj rejissoru: Çarlz Börnşteyn, Tommi Li Uolles Rollarda Donald Plezens: Həkim Sem Lumis Ceymi Li Körtis: Lori Stroud Nensi Kays (təxəllüs: Nensi Lumis): Enni Brekett Pi Cey Soul: Linda van der Klok Kayl Riçards: Lindsi Uolles Brayan Endrüs: Tommi Doyl Çarlz Sayfers: Şerif Li Brekett Nik Kastl: Maykl Mayers Toni Moran: Maykl Mayers (siması göstərilən səhnədə) Uill Sendin: Maykl Mayers (6 yaşında olarkən) Debra Hill: Maykl Mayers 6 yaşında olarkən (əlləri) \ Maykl Mayers (Tommi Doyli izləyən zaman) Tommi Li Uolles: Maykl Mayers (Maykl şkafda axtaran zaman) Ceyms Uinbörn: Maykl Mayers (Maykl balkondan yerə düşmə səhnəsində) Nensi Stivens: Merion Çembers Sendi Conson: Cudit Marqaret Mayers Con Maykl Qrehem: Bob Simms Con Karpenter: Polun səsi

Maraqlı faktlar Orijinal filmdə Maykl Mayersin 23 yaşı var. Lakin göstərilən filmin süjetinə görə Maykl 21 yaşındadır. Enninin dostu Pol filmdə göstərilmir. Enni onunla telefonda danışan zaman Polun səsini Con Karpenter səsləndirir. Maykl Mayers 15 ilini xəstəxanada keçirməsinə baxmayaraq avtomobil sürməyi mükəmməl bacarır. Bu süjetdən filmin remeykini çəkən Rob Zombi"Rob Zombie interview" . HalloweenMovies.com. 16 iyun, 2006. Yoxlanılıb: 9 oktyabr 2014. imtina etmişdir. Tommi Doylun kostyumu Böyük Britaniyanın istehsalı olan və 1975-1977-ci illər ərzində yayımlanan "Kosmos: 1999" () serialından uniformadır. Lorinin otağında əsərlərində simaları maskalı olan şəxsləri təsvir edən Belçika rəssamı Ceyms Ensorun (1860—1949) şəkli vardır.

Hazırlanma Ərəfə thumb|left|200px|Cənubi Pasadenada "Mayerslərin evi" Karpenterin 1976-cı ildə çəkdiyi "13-cü polis məntəqəsinə hücum" () adlı filminin Milan Film Festivalında göstərilməsinidən sonra müstəqil filmlərin prodüserlərindən olan İrvin Yablans və kapitalist Mustafa Akkad, Karpenterlə görüşərək, ondan uşaq baxıcılarını izləyən qatil haqqında film çəkməsini istəmişlər. Yablans, "Fangoria" jurnalına verdiyi müsahbədə belə demişdir: "Qorxu növündə nəyin mənalı olacağını düşünürdüm, istədiyim şey "Şeytan" (1973) filmi ilə eyni təsirə sahib bir film etmək idi." ().Hellouin Storiesbehindthescreen.wordpress.com saytında, Yoxlanılıb: 8 oktyabr 2014 Karpenter ilk ssenaridə filmə "Dayə qətlləri" () adı vermişdir. Karpenterin ABŞ-nin həftəlik jurnalı olan Entertainment Weekly" jurnaılan verdiyi müsahibədə, filmə "Hellouin" adını İrvin Yablans vermişdir.

Mustafa Akkad filmin büdcəsi üçün 320 min dollar ayırmışdır. Bundan əvvəl Karpenterin çəkdiyi "13-cü polis məntəqəsinə hücum" filminin büdcəsi isə 100 min idi.Assault on Precinct 13 business statistics Imdb.com saytında, Yoxlanılıb: 8 oktyabr 2014 Eyni zamanda Akkad, dörd aylıq sıxılmış iş proqramı, aşağı büdcə və Karpenterin film prodüseri olaraq kafi təcrübəsinin olmasından ötrü narahat idi. Akkad "Fangoria" müsahibədə bu sözləri demişdir: "İki şey qərar verməmi təmin etdi. İlkin qərar, Karpenterin mənə hekayəni maraq və gərginlik formaları yaradaraq şifahi şəkildə izah etməsi idi. İkincisi isə mənə hər hansı bir ödəniş istəmədiyini söyləməsi idi. Bu onun bu proyektə inandığını göstərirdi." Karpenter isə filmin ssenarisi və musiqi üçün 10 min dollar ayırmışdır. Karpenter "Fangoria" jurnalına verdiyi müsahibədə "Mən həmin müddətdə işsiz idim, 300 min mənim üçün çox pul idi" () ifadəsini demişdir. thumb|right|200px|"Sanset Bulvarı" Büdcənin aşağı olması səbəbindən aktyor və aktrisaların çoxu öz paltarlarını geymişdir. Karpenter istehsal dizaynçısı, sənət rejissoru köməkçi redaktor olaraq tanınan Tommi Li Uollesi filmə dəvət etmişdir. Uolles, "Ulduz Yürüşü" filminin personajlarının birindən olan Kapitan Kirkin maskasını mağazadan 1 dollar 98 sentə alaraq, Maykl Mayersin film boyunca üzündə daşıdığı maskanı hazırlamışdır. Karpenterin xatırladığına görə, Uolles maskanı göy rəngə bənzəyən ağ rənglə rəngləmiş və göz dəliklərini genişlətmişdir. Ayrıca filmin ssenarisində Maykl Mayersin maskasının solğun üz xəttlərinə sahib olduğu bildirilir və maska həqiqətən qorxuducu görkəmə malikdir. Tommi işini bitirdikdən sonra, maska təmamilə yeni görkəm almışdır. Bundan əvvəl Maykl Mayersin bu maskanın əvəzində üzünə Kloun maskasının taxması düşünülmüşdür. Hill isə mövzuyla əlaqədar olaraq aşağıdakı ifadəni əlavə etmişdir: "Fikir, onu haradasa tamamilə duyğusuz və insana həm bənzəyən, həm bənzəməyən solğun bir simaya bənzətmək fikri idi."