Alisa möcüzələr ölkəsində və ya Alisa möcüzələr diyarında () — 1999-cu ildə istehsal olunmuş televiziya filmi. Film Luis Kerrollun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərləri əsasında hazırlanmışdır. Filmin rejissoru Nik Uillinqdir. Film bir çox mükafat və nominasiyalara layiq görülmüşdür.Alice in Wonderland Awards Imdb.com sayında, Yoxlanılıb: 17 sentyabr 2015. Filmdə Tina Macorino, Riçard Kumbs, Ken Todd, Vupi Qoldberq, Ven Kinqsli, Ceyson Birn, Robbi Koltreyn, Corc Vendt, Cin Uaylder, Kristofer Lloyd, Miranda Riçardson və başqaları iştirak edirlər.Alice in Wonderland Allmovie.com saytında, Yoxlanılıb: 17 sentyabr 2015. Film 12 mart 2010-cu ildə DVD disklərdə satışa çıxarılmışdır. Filmin büdcəsi qiymətləndirməylə $21 milyon dollardır.

Məzmun

Alisa otağında "Yetişmiş albalı" () mahnısını bağa qonaq gələn tamaşaçılar qarşısında ifa etmək üçün hazırlaşır. Bu qonaqlar möcüzələr ölkəsinin personajlarıdır. Sadəcə, onların əsl kimliyi həmin möcüzələr ölkəsində açılır. Həmçinin, Alisanın otağındakı oyuncaqlar da möcüzələr ölkəsində yaşayan insanların vəziyyətini əks etdirir). Lakin o qəfil səhnədəki qonaqlardan qorxur və meşəyə qaçır. Burada ağacdan bir alma aşağı düşməyə başlayır. Bu alma sanki Alisanın üzünə parlayır. Birdən ağacların yanından insan boyda olan Ağ Dovşan çıxıb qaçır. Ağ Dovşan elə qaçır ki, sanki harasa tələsir. Onun əlində saat olur. Bu da Alisanın marağına səbəb olur. Alisa da onun ardınca qaçır. Beləliklə, Alisa Ağ Dovşanın ardınca qaçaraq "Möcüzələr ölkəsinə"nə düşür.

Alisa "Möcüzələr ölkəsi"də səyahət etməyə başlayır. Bu zaman müxtəlif insanların həyatı və problemləri ilə qarşılaşır. Alisanın boyu "Möcüzələr ölkəsi"nə daxil olan zaman normal qalır. Lakin elə də böyük olmayan bağa açılan qapıdan keçən zaman Alisanın boyu kiçilir. Alisanın göz yaşlarını görən Cənab Siçan və onun dostları ona kömək etməyə başlayır. Sonra Alisa Ağ Dovşana rast gəlir. Otaqda şüşə qabda mayeli su içir. Qabın üzərində "İç Məni" yazılmışdır. Bu zaman Alisa həddindən artıq böyüməyə başlayır. Ağ Dovşan və onun bağbanları Pet ilə Vill Alisaya kömək etməyə başlayırlar. Lakin yenə də Alisa kiçilməyə başlayır. Alisa Meşədə azaraq mayor Keterpiller ilə rastlaşır. Keterpiller ona kiçilməzdən əvvəl qorxmamağı tapşırır. Alisa göbələyin hissələrini ilə qidalanaraq böyüməyə başlayır. Bu zaman Alisanın boyu normal hala düşür. Alisa yenidən səyahətini davam etdirir. Manor Evi adlanan yerdə qadın musiqi Hersoqu ilə rastlaşır. Alisa körpəni əlinə alır. Lakin əlindəki körpə tədricən donuza dönür. Alisa onu yerə buraxır. Çeşir pişiyi ona Dəlisov Papaqçı və onun dostları Mart Pişiyi ilə Sonyanın yanına getməyi məsləhət görür.

Alisa "Trio" ilə görüşən zaman səhnədə qorxmağı necə dəf etmək müzakirəyə qoyulur. Dəlisov Papaqçı stolunu üzərinə hoppanır. Bu işi Dəlisov Papaqçı "Qırmızıtoxmaq Kraliça"nın konsetində görmüşdür. Alisa səhnəyə çıxan zaman Dəlisov Papaqçı və Mart Pişiyi qabları sındırmağa başlayır. Alisa kiçik qapıdan gəlir. Alisa Qırmızıtoxmaq Kraliçaya məxsus Labirintə düşür. "Qırmızıtoxmaq Kraliça" Alisanı qəribə Kroket oyununa dəvət edir. Lakin "Qırmızıtoxmaq Kraliça"nın insanlara qarşı münasibəti və onların edam etdirməyə məhkum olmaları, Alisanın xoşuna gəlmir. Çeşir pişiyinin başı gözlənilmədən görünməyə başlayır. Qadın Hersoqu Kinqin sualına cavam vermək üçün gəlir ki, pişiyin kimə məxsus olmasını tapsın. Lakin Çeşir pişiyi gözdən itir. Alisa Kroket oyununu tərk edir. Alisa macəralarını davam etdirərək, Qrifon və Sınaq Tısbağası ilə rastlaşır. Sınaq Tısbağası ona oxumağı öyrədir. Əvvəlcə "Xərçəng Kuadrill" () mahnısını tək ifa edir. Ardınca isə Alisa onunla ilə birgə "Gözəl şorba" () mahnısını ifa etməyə başlayır. Alisa onlardan məmnun qalaraq, buranı tərk edir. Alisa buranı tərk etdikdən sonra Ağ Cəngavər ilə rastlaşır. Ağ Cəngavər ona ixtiralarından danışır və ona mərd olması bildirir.

Alisa səyahətini davam etdirərək güllərlə qarşılaşır. Onların sırasında ən dərrakəli Pələng-Lili olur. Onların arasında bir çox dələduz itburnu və çoxilli qızçiçəkləri olur. Alisa Pələng-Lilidən meşədən çıxmaq üçün hara getməyini soruşur. Bu zaman bütün güllər ona müxtəlif istiqamət göstərir. Alisa onların sözlərinə qulaq asmayaraq, yoluna davam edir. Alisa bu dəfə Tvidli Dam və Tvidli Di ilə rastlaşır. Bir müddət sonra onları arasında mübahisə baş verir və onlar bir-biri ilə mübarizə aparmağa başlayırlar. Tvidli Dam və Tvidli Di zədə almamaları üçün onlar cəngavər paltarı geyinirlər. Lakin bu geyimlər ağır olduğundan onlar tez bir zamanda yorulurlar. Bu zaman burulğan yaranır və onlar buranı tərk edirlər. Alisa da burulğandan xilas olmaq üçün buranı tərk etmək məcburiyyətində qalır. Ardınca Alisanı məhkəməyə çağırırlar. Məhkəmədə "Ürəklər Valeti"nin Kraliça Piroqlarını oğurlaması mühakiməsi aparılır. Şahid kimi Dəlisov Papaqçı və onun dostları dəvət olunur. Lakin Kraliçanın Piroqlarını başqası oğurlamışdır. Bunu sübut edən dəlil yoxdur. Alisa məhkəmə qarşısına çıxarılır. Bu zaman Alisa həminki kimi göbələyin hissələrini yeyərək daha da böyüməyə başlayır. Alisa kraliçanı və kralı tənqid etməyə başlayır. Alisa saxlanılan şəxsin günahkar olmadığını və piroqların yerində olduğunu bildirir. Ağ Dovşan başqalarının fikrinin ona lazım olub-olmadığını və həqiqətən, qərarında əmin olması barəsində ona iki sual verir. Alisa ilk suala "xeyr, nə vaxt ki, mən haqlıyam", digər suala "Bəli, mən əminəm" cavabını verir. Bu zaman Ağ Dovşan Alisaya "Onda biz sənə artıq lazım deyilik" deyərək, Alisanı geri qayıdır. Alisa əvvəlki kimi ağacdan almanın yerə düşdüyünü görür.

Evə geri qayıdan zaman Alisa mahnını həvəslə valideynlərinin və onların qonaqların qarşısında oxumağa başlayır. Lakin ifa edəcəyi mahnının əvəzində "Xərçəng Kuadrill" mahnısını oxuyur. Bu mahnı əvvəlki mahnıdan da maraqlı olur. Qonaqlar bu mahnını bəyənərək onu alqışlamağa başlayırlar. Bu zaman Alisa Çeşir pişiyinin də sevindiyini görür. Qarşılıqlı olaraq Alisanın simasında təbəssüm yaranır.

Filmin heyəti Aktyor/aktrisa Rol Qeydlər Tina Macorino AlisaAlice in Wonderland Locations Imdb.com sayında, Yoxlanılıb: 17 sentyabr 2015. Əsərin baş qəhrəmanı Vupi Qoldberq Çeşir pişiyi Alisaya "Möcüzələr ölkəsi"nin bir sıra qanunlarını başa salır. Kiran Şah Ağ Dovşan Riçard Kumbs Ağ Dovşan Ken Todd Cənab Siçan Miranda Riçardson Qırmızıtoxmaq Kraliça Martin Şort Dəlisov Papaqçı Cin Uaylder Sınaq Tısbağası Kristofer Lloyd Ağ Cəngavər Robbi Koltreyn Tvidli Dam Corc Vendt Tvidli Di Ken Dodd Cənab Siçan Ben Kinqsli Mayor Keterpiller Cerard Naprous Qara Kral Ceyson Birn Pet Cerard Naprous Ürəklər Valeti Ser Cek və ya Ked Donald Sinden Qrifon Qrifon personajını səsləndirənElizabet Briqqs musiqi Hersoqu Coanna Lamli Pələng-Lili Meri Heli rolu yoxdur DayəCenin Ezer rolu yoxdur Alisanın anasıCeremi Brudenell rolu yoxdur Alisanın atasıConatan Broadbent rolu yoxdur Krallığın bağbanı #1Metyu Sim rolu yoxdur Krallığın bağbanı #2Kristofer Ryan Kris Ryan Krallığın bağbanı #3

Hazırlanma Filmin məzmunu Luis Kerrolun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərlərinin məzmununa yaxın yaradılmışdır. Film üçün xüsusi effektlər "London animasiya studiyası Framestore CFC" tərəfindən yaradılmışdır. Filmdəki bütün oyuncaqlar ABŞ-nin xüsusi vizual effektlər hazırlayan «Jim Henson’s Creature Shop» adlı kompaniyası tərəfindən hazırlanmışdır. Filmdə təxminən 875 vizual effektdən istifadə edilmişdir. Filmdəki qəhrəmanların obrazı Luis Kerrolun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərlərinin ilk illüstratoru olan ingilis rəssamı Con Tennielin () illüstrasiyası əsasında yaradılmışdır.

Saundtreklər Aşağıdakı cədvəldə 1999-cu ildə çəkilən "Alisa möcüzələr ölkəsində" filminin bütün saundtrekləri göstərilmişdir:Alice in Wonderland Albums Soundtrack.com saytında, Yoxlanılıb: 9 dekabr 2014Alice in Wonderland Ratings Imdb.com sayında, Yoxlanılıb: 17 sentyabr 2015.Alice in Wonderland Releaseinfo Imdb.com sayında, Yoxlanılıb: 17 sentyabr 2015.Alice in Wonderland Fullcredits Imdb.com sayında, Yoxlanılıb: 17 sentyabr 2015.

Ölkələrdə çıxış tarixi ÖlkəÇıxış tarixiAdıDilQeydlər 28 fevral 1999 Alice in Wonderland İngilis dili 2 may 1999 Alice no País das Maravilhas Portuqal dili 23 may 1999 Alice im Wunderland Alman dili 13 avqust 1999 Alice in Wonderland İngilis dili 23 aprel 2000 Alice in Wonderland İngilis dili 24 dekabr 1994 Alice au pays des merveilles Fransız dili Yaponiya 14 noyabr 2000 Alice in Wonderland Yapon dili Video premyera 30 yanvar 2002 Liisa ihmemaassa Fin dili DVD premyera Rəsmi çıxış tarixi yoxdur Alice csodaországban Macar dili Rəsmi çıxış tarixi yoxdur Alicia en el país de las maravillas İspan dili Rəsmi çıxış tarixi yoxdur Alice nel paese delle meraviglie İtalyan dili Rəsmi çıxış tarixi yoxdur Alicja w Krainie Czarów Polyak dili Rəsmi çıxış tarixi yoxdur I Aliki stin hora ton thavmaton Yunan dili

Dünya kanallarında yayımlanması ÖlkəKanal NBC Channel 4 Tele5 KidsCo

Seçilmiş sitat Təxəyyülün şah əsəri ()

İstinadlar

Ədəbiyyat Cohen, Morton (1996). Lewis Carroll: A Biography. Vintage Books. pp. 30–35. ISBN 978-0-679-74562-4. Clark, Ann (1979). Lewis Carroll: A Biography. London: J. M. Dent. ISBN 0-460-04302-1.

Xarici keçidlər

Kateqoriya:1999-cu ilin filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:Alisa möcüzələr ölkəsində Kateqoriya:Macəra filmləri Kateqoriya:1999-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin televiziya filmləri Kateqoriya:Böyük Britaniyanın macəra filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:ABŞ-nin fentezi filmləri Kateqoriya:Musiqili filmlər