Firudin Hilal oğlu Nəbiyev () — Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi (2012–2018), II dərəcəli dövlət miqrasiya xidməti müşaviri (2012).
Həyatı Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.
24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli 1613 nömrəli Sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilmişdir.
16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.}
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ona 6 mart 2012-ci ildə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 18 mart 2015-ci ildə isə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbələrini verilmişdir.
Ailəli idi. İki övladı var.
Mükafatları Xidmət etdiyi dövrdə 6 medal, 2 orden – Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə III dərəcəli "Vətənə xidmətə görə" və "Azərbaycan bayrağı" ordenləri ilə təltif olunmuşdur. 30 iyul 2004 — "Hərbi xidmətlərə görə" medalı.} 16 avqust 2007 — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni.} 18 avqust 2008 — "Azərbaycan Bayrağı" ordeni.}
İstinadlar
Kateqoriya:Azərbaycan Silahlı Qüvvələrinin general-mayorları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycanın dövlət xadimləri Kateqoriya:Azərbaycan general-leytenantları