Qasımova Flora Qasım qızı () — Azərbaycan Respublikasının Milli Məclisi IV çağırış və V çağırış deputatı
Həyatı Orta məktəbi Xankəndidə bitirmişdir. İlk əmək fəaliyyətinə də Xankəndidə başlamış və məzunu olduğu məktəbdə riyaziyyat fənnindən dərs demişdir. İctimai işlərdə fəal olduğuna görə Məktəb Komsomol Təşkilatının katibi seçilmişdir. Daha sonra isə Vilayət Komsomol Komitəsinin plenumuna üzv seçilmişdir. 1973-cü ildə vilayət sovetinin deputatı seçilir.
Ailə həyatı qurandan sonra Xankəndini tərk edir.
Ailəsi Mirzə Məhəmməd Məhərrəmovun nəvəsədir Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşıdır.Milli Qəhrəmanın deputat arvadı: `Xankəndində azərbaycanlılara ərzaq satılmırdı` (MÜSAHİBƏ) . femida.az, 27.01.2017 Onlar orta məktəbdə eyni sinifdə oxuyublar. 1976-cı ildə ailə qurublar Oğlu polis əməkdaşıdır, daxili işlər orqanlarında çalışır.. Qızı isə ingilis dili müəlliməsidir.
Siyasi fəaliyyəti 7 noyabr 2010-cu il tarixində 122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir.
İstinadlar
Xarici keçidlər meclis.gov.az
Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:DQMV Xalq Deputatları Sovetinin deputatları