Məhəmməd (Ərəbcə:مُحَمَّد-Muhammad-Muhəmməd) ya Məmməd ərəb mənşəli bir ad və H-M-D kökündəndir; Həmd. Ərəblər ilə yanaşı bir çox fərqli müsəlman millətlər tərəfindən istifadə edilmiş və istifadə edilməkdədir. İslamda, Məhəmməd, Allahın son peyğəmbəri olub.
Etimologiya Məhəmməd ərəbcə Pasif fel sifəti və H-M-D (Həmd-Həmd olmuş) kökündən gəlir və tərifəlayiq həmd olmuş, yüksək qiymətləndirilmiş, yüksək təqdir edilmiş anlamındadır.
Transliterasiyalar Muhəmməd (Muhammad مُحَمَّد), Muhammed, Mohamed, Mahammad (Məhəmməd), Mohammed və Mohamad: Ərəb ölkələri Mohəmməd (Mohammad محمد), Məhəmməd:İran, Əfqanıstan, Pakistan Muhammed, Muhamed, Muhammet, Muhamet ya Mehmet:Türkiyə,Albaniya Muhammed, Muhamed: Bosniya və Herseqovina Mamadou: Seneqal Mahometus: Latın dilində Maometto: İtalyan dilində Μωάμεθ (Moameth): Yunan dilində Mahoma: İspan və Katalan dillərində Mamede: Qalisiya dilində Мухаммад (Mukhammad-Muxammad), Магомед (Magomed-Maqomed): Rus dilində Maxamed: Somali dilində Мұхаммед (Mukhammed-Muxamed): Qazax dilində 穆罕默德 (Mùhǎnmòdé): Çin dilində Məhəmməd, Məmməd:Azərbaycan dilində və Fars dilində
İlk ad
Məhəmməd Məhəmməd — Peyğəmbər, İslam dininin banisi. Məhəmməd Füzuli — görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri. Şeyx Məhəmməd Xiyabani — İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi. Məhəmməd Cahan Pəhləvan — Atabəylər dövlətinin hökmdarlarından biri, Atabəy Şəmsəddin Eldənizin oğlu. Məhəmməd ibn Heysam — Şirvanşahlar dövlətinin ikinci hökmdarı. Məhəmməd ibn Zəkəriyə ər-Razi — Fars tibb və kimya elm adamı Məhəmməd Müsəddiq — 1951–1953-cü illərdə İranın baş naziri. Məhəmməd Behişti — İranın Ədliyyə başçısı. Məhəmməd Fazil Lənkərani — İslam dünyasının və şiə məzhəbinin böyük alimi, müctəhidi və mərcəyi-təqlidi. Molla Məhəmməd Ömər — "Taliban" hərəkatının sabiq lideri. Məhəmməd Əbdüh — XIX–XX əsr İslam dünyasında mühüm rol oynamış alim, ictimai, siyasi və dini xadim. Məhəmməd Ziyaülhaqq — Pakistanın altıncı prezidenti. Məhəmməd Hənifnejad — Xalq Mücahidləri Təşkilatının banilərindən biri. Məhəmməd Said — İranın baş naziri. Məhəmməd Nuri — İranın müğənnisi. Məhəmməd Bəndduz Təbrizi — Azərbaycanlı xəttat. Məhəmməd Əl-Baradei — 1997-ci il 1 dekabr tarixindən Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru. Məhəmməd Ənvər əs-Sadat — Misirin 3-cü prezidenti (1970–1981), marşal. Nobel Sülh Mükafatı laureatı (1978). Məhəmməd Xatəmi — İranın 5-ci prezidenti. Məhəmməd Marmaduk Piktal — Britaniyalı İslam yazıçısı. Məhəmməd Mamağani — Azərbaycanın ilkinci Şeyxi alimi və müctəhidi.
Soy adı
Törədilmiş adlar
İstinadlar
Xarici keçidlər Searchable Muslim baby names online dictionary
Həmçinin bax Məmməd Məhəmmədrza
Kateqoriya:Kişi adları Kateqoriya:Türk kişi adları Kateqoriya:Ərəb dilində soyadlar Kateqoriya:Ərəb adları