Məhərrəm Yusif oğlu Talıbov () — Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri.

Həyatı Məhərrəm Yusif oğlu Talıbov 1971-ci il mart ayının 15-də Şərur rayonunda anadan olmuş, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının hüquqşünaslıq ixtisasını bitirmişdir.

1995-ci ildən 1999-cu ilədək Baş Mühafizə İdarəsinin Prezidentin Təhlükəsizliyi Xidmətinin mühaizəsiçi, 1999-cu ildən 2004-cü ilədək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmişdir.

2004-cü ilin dekabr ayından Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarına qəbul edilməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru və böyük prokuroru vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Baş prokurorunun 9 yanvar 2008-ci il tarixli əmri ilə Naxçıvan Muxtar Respublikası prokurorunun müavini General mayor vəzifəsinə təyin olunmuşdur.

III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

2022-ci lin dekabrında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsindən azad olunub.

Ailəlidir, üç övladı var.

Vasif Talıbovun qardaşıdır.

İstinadlar

Kateqoriya:Talıbovlar Kateqoriya:III dərəcəli dövlət ədliyyə müşavirləri