"Dünən, bu gün, sabah" () — rejissor Vittorio de Sikanın üç hissəli filmi.
Məzmun Film 3 hissədən ibarətdir.
Birinci hissə "Adelina" adlanır. Eduardo de Filippo tərəfindən yazılıb. Bu əhvalat Neapoldakı ispan məhəlləsində həqiqətən baş vermişdir. Qaçaqmal siqaret satıcısı Adelina Sbaratti həbsdən xilas olmaq üçün hər dəfə ana olur. Yeddinci uşağın doğulmasından sonra bu əzablardan bezmiş Adelina əri Karmin haqqında fikirləşir. O, başa düşür ki, Karmi onu böyük işgəncədən xilas edib.
İkinci hissə "Anna" adlanır və Alberto Moravia tərəfindən yazılıb. Bu əhvalat Milandan olan varlı xanım haqqındadır. Onun ciddi bir kişi ilə sevgi intriqaları var. Anna Renso ilə qaçmağa da hazırdır, lakin onlar az qala yolda dayanmış uşağı vuracaqdılar. Bundan qaçan Renso Annanın sevimli Rolls-Roysunu başa tərəfə çırpır. Olmuş hadisə həm Rensonu, həm də Annanı münasibətlərinə başqa tərəfdən baxmağa imkan verir.
Üçüncü hissə Çezare Zavattininin yazdığı "Mara"dır. Romada yaşayan gözəl fahişə haqqındadır. Mara ona vurulan ruhani seminariyasının tələbəsilə qonşudur. Əvvəl bu, Maranı əyləndirir, amma seminariya tələbəsinin təhsilini davam etdirmək istəməməsindən sonra o, öz səhvini başa düşür.
Film haqqında "Adelina" hissəsinin müəllifi əhvalatı real həyatdan götürüblər. Bu əhvalat qaçaqmalçı Konçetta Mukkardinin başına başına gəlmişdi. Həbsxanaya düşməmək üçün o, 19 dəfə hamilə qalmış və 7 oğul dünyaya gətirmişdi. Konçetta qaçaqmal siqaretlərini ölümünə qədər satdı. Həmin qadın 21 noyabr 2001-ci ildə 78 yaşında vəfat etmişdi. Filmin "Mara" hissəsinin ən yaddaqalan epizodu müştərisi Ruskoninin qabağında Maranın striptiz göstərməsi səhnəsidir. Bu səhnə 30 ildən sonra Robert Oltmenin "Yüksək dəb" filmində yenidən təqdim olunmuşdur.
Mükafatlar və nominasiyalar
Mükafatlar
1964-cü ilin "Oskar" mükafatı: Xarici dildə ən yaxşı filmə görə
1964-cü ilin "Devid di Donatello" mükafatı: Ən yaxşı aktyor – Marçello Mastroyanni Ən yaxşı aktrisa – Sofi Loren Ən yaxşı quruluş
1965-ci ilin "BAFTA" mükafatı: Ən yaxşı xarici aktyor – Marçello Mastroyanni
Nominasiyalar
1964-cü ilin "Qızıl Qlobus" mükafatı: Samuel Goldwyn Award
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: İzabella Kuarantotti, Eduardo de Filippo, Çezare Zavattini Rejissor: Vittorio de Sika Operator: Cüzeppe Rotunno Bəstəkar: Armando Trovayoli Prodüser: Karlo Ponti
Rollarda
"Adelina" Sofi Loren – Adelina Sbaratti Marçello Mastroyanni – Karmin Sbaratti Aldo Quffre – Paskuale Nardella Aqostinyo Salvetti – həkim Veraçe Lino Mattera – Amedio Skapisi Tekla Skarano – Veraçenin bacısı Silviya Monelli – Elvira Nardella Karlo Krokkolo Paskuale Çennamo Antonio Çançi
"Anna" Sofi Loren – Anna Molteni Marçello Mastroyanni – Renso Armando Trovayoli
"Mara" Sofi Loren – Mara Marçello Mastroyanni – Auqusto Ruskoni Tina Pika Covanni Ridolfi Cenaro di Qreqorio
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Vittorio de Sikanın filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:1963-cü ilin İtaliya filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:İtaliyanın komediya filmləri Kateqoriya:Roma haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:1963-cü ilin filmləri Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:Fahişəlik haqqında filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Aldatma haqqında filmlər Kateqoriya:Antologiya filmlər