Məzmun Film-tamaşada hadisələr bir mağarada baş verir. Qumru (Lətifə Cahandarqızı) əri Qulu (Vaqif Əsədov) ilə birgə düşməndən qaçaraq bu mağarada gizlənmişdir. Lakin onun əri artıq öldürülmüşdür. Qumru tez-tez mağaranı tərk edərək düşməndən ərinin qisasını almaqdadır. Film-tamaşa boyu Qumru ərinin ruhu ilə danışır. Sonda isə Qumrunun özü də düşmən gülləsinə tuş gəlir.
Film-tamaşada Qumru və Qulunun timsalında Azərbaycan xalqının başına gətirilən bəlalar əks etdirilməyə çalışılır.
Film-tamaşanın heyəti
Film-tamaşa üzərində işləyənlər Ssenari müəllifi: Nahid Hacızadə Quruluşçu rejissor: Rövşən Almuradlı Quruluşçu operator: İsrafil Ağazadə Quruluşçu rəssam: Adil Azay Prodüser: Ramiz Mirzəyev Səs rejissoru: Firudin Hüseynov Rejissor: Teymur Quliyev Geyim üzrə rəssam: Şahin Həsənov Operator: Etibar Şirinov Qrim ustaları: Elbrus Vahidov, Ulduz Kazımova Rejissor assistentləri: Qönçə Ağabəyli, Etibar Əliyev Rəssam assistenti: Aygün Mahmudova Montaj: Rauf Sultanov İşıq ustası: Əbdülnəsir Kutiyev Redaktor: İlhamiyyə Rzayeva Direktor: Nazim Dadaşov
Rollarda Lətifə Əliyeva (Lətifə Cahandarqızı kimi) — Qumru Vaqif Əsədov (Vaqif Əsəd Firudinoğlu kimi) — Qulu Sabir Qurbanov — aşıq Ulduz Kazımova — gəlin Aygün Mahmudova — gəlinin soldışı Qönçə Ağabəyli — gəlinin sağdışı Firudin Hüseynov — rəqs edən A.Əliyev — rəqs edən Şahin Həsənov — rəqs edən
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1995-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:"Sabah" yaradıcılıq birliyi Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Azərbaycanda nümayiş olunan teatr tamaşaları