Abdulla Hacıbaba oğlu İbrahimov — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1962–1980), əməkdar hüquqşünas.
Həyatı Abdulla İbrahimov 1921-ci ildə Dəvəçi rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur.
Böyük Vətən müharibəsinin iştirakçısı olan A. İbrahimov 1948-ci ildə Ümumittifaq Hüquq İnstitutunu bitirmişdir.
Abdulla İbrahimov 1944–1958-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Bakı şəhər milis idarəsi rəisinin müavini olmuşdur. 1958–1960-cı illərdə isə o, Bakı şəhərinin prokuroru vəzifəsində işləmişdir.
1960–1962-ci illərdə Azərbaycan respublikası Daxili İşlər nazirinin müavini işləmiş A. İbrahimov 1962-ci ilin martında Azərbaycan SSR Ali Məhkəməsinin sədri seçilmişdir.
A. İbrahimov 1962-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 18 il Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmiş, 1980–1991-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Hüquq Şöbəsinin müdiri olmuşdur. Təqaüdə çıxdıqdan sonra isə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Abdulla Hacıbaba oğlu İbrahimov 2003-cü il iyulun 5-də 82 yaşında vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin sədrləri Kateqoriya:Bakı şəhərinin prokurorları