Altinq (; "Ümumi yığıncaq") — İslandiyanın parlamenti. 930-cu ildə qurulan bu parlament dünyanın ən qədim qanunverici orqanıdır. Birpalatalı parlamentin 63 üzvü var və hər dörd ildən bir partiya siyahısı üzrə proporsional təmsilçilik əsasında seçilir. Torunn Sveinbyarnardottir 2025-ci ilin fevralında Altinqin spikeri oldu.

İslandiya konstitusiyası altı seçki dairəsi nəzərdə tutur və onların sayını yeddiyə qədər artırmaq mümkündür. Seçki dairələrinin sərhədləri və hər bir seçki dairəsinə ayrılan yerlərin sayı qanunvericiliklə müəyyən edilir. Heç bir seçki dairəsi altı yerdən az təmsil oluna bilməz. Bundan əlavə, milli səslərin 5 %-dən çoxuna sahib olan hər bir partiyaya yerlər milli səslərin nisbətinə əsasən bölüşdürülür ki, hər bir siyasi partiyanın parlamentdəki üzvlərinin sayı onun ümumi seçki dəstəyinə az və ya çox mütənasib olsun. Əgər Altinqin hər bir üzvünün bir seçki dairəsində təmsil etdiyi seçici sayı digər dairədəki müqayisəli nisbətin yarısından az olarsa, İslandiya Milli Seçki Komissiyası yerlərin bölgüsünü dəyişdirərək fərqi azaltmaq tapşırığını alır.

Tarixi İlk dəfə olaraq parlament 930-cu ildə Tinqvedlir adlı yerdə toplanıb. Bununla da, İslandiya dövlətinin əsasının qoyulması hesab olunur. Altinqin toplandığı ərazi Tinqvadlvatn adlı gölün sahilində yerləşib. Həmin dövrdə Altinqdə yalnız azad kişilər iştirak edə bilərdi. Əvvəllər Altinq təkcə qanunların qəbul olduğu yer olmayıb. Burada həmçinin, mübahisələr də həll olunardı. 1000-ci ildə Altinqdə iştirak edənlərin əksəriyyəti xristianlığın qəbul olunması lehinə səs verib.

1262-ci ildə İslandiyanın Norveçlə birləşməsindən sonra Altinq qanunvericilik səlahiyyətini itirdi, bu səlahiyyət 1904-cü ildə İslandiyanın Danimarkadan öz hakimiyyətini almasına qədər bərpa edilmədi. 641 il ərzində Altinq İslandiyanın parlamenti kimi xidmət etmədi; son hakimiyyət Norveç və sonradan Danimarka taxtında idi. İslandiyanın Norveçlə birləşməsindən sonra belə, Altinq 1800-cü ilə qədər Tinqvedlirdə iclaslarını keçirirdi, sonra isə dayandırıldı. 1845-ci ildə kral fərmanı ilə bərpa edildi və Reykyavikə köçürüldü. Bərpa olunmuş təkpalatalı qanunverici orqan ilk dəfə 1845-ci ildə bir araya gəldi və 1874-cü ildən sonra iki palatada fəaliyyət göstərdi, əlavə üçüncü palata isə onilliklər keçdikcə daha böyük rol aldı, 1991-ci ildə isə Altinq yenidən təkpalatalı oldu.250px|thumb|right|İslandiya parlamenti Altinqin binasıAltinq ildə 2–3 dəfə keçirilərdi. Bütün İslandiya əhalisinin burada iştirakı üçün adətən Altinq yay aylarında baş tutardı. Ada kəndli və fermerlər və hər hansı mühahisəni həll etməyə təşrif buyuran insanlar Qanun Qayası (Löqberq) ətrafında toplaşardı.

Qədim zamanlarda qəbul olunmuş qanunlar İslandiyada günü bu günədək qüvvədə qalır. Məsələn, adadan kənara aparılan at (lap atçılıq üzrə dünya çempionatına aparılsa belə) o, geri qaytarıla bilməz.

İstinadlar

Kateqoriya:İslandiya parlamenti Kateqoriya:930-cu ildə yarananlar Kateqoriya:Birpalatalı qanunverici orqanlar Kateqoriya:İslandiya tarixi Kateqoriya:İslandiyada siyasət Kateqoriya:Milli qanunvericilik orqanları Kateqoriya:Reykyavik