1408 — 2007-ci ildə çəkilmiş filmin rejisoru əvvəldə qorxu filmləri çəkən İsveç kino rejissor Mixael Hafstrom bu filmi Stiven Kinq-in eyni adlı romanı əsasında çəkmişdir. Baş rolda Con Cusak, Semyuel L. Cekson, və Meri MakKormak çəkilmişdir. Film 22 iyun 2007-də premyerası oldu.
Məzmun
Maykl Enslin (Con Cusak) qızı Keytinin ölümündən sonra yazıçı olur. O axırıncı kitabını yazdıqdan sonra ona anonim məktub gəlir və o məktubda yazılan yerə, Nyu Yorkun Leksinqton küçəsindəki Delfin otlenə gedir. O burdakı 1408 nömrəli otaqda qalmaq istəyir, lakin Cerald Olin (Samuel L. Cekson) ona bu otaqda qalan insanların 1 saatdan çox qala bilmədiyini və öldüklərini deyir. Cerald bu vaxt ona bir içki verir və ona bu otaqda ölən insanların şəkillərini göstərir. Maykl otqda olan vaxt o öz səs yazan apartını çıxarrır və ona otaqda heç bir şeyin baş vermədiyini deyir. Elə bu vaxt radio yanır və "Biz hələ yeni başlamışıq" səs gəli və saat Ceraldın dediyi kimi 60:00(bir saat nəzərdə tutulur) başlayır (vaxt getdikcə azalır). Bu vaxt ərzində qəribə hadisələr baş verir. Onun gözünə xəstə xanadakı atası, qızı və bu otaqda ölmüş insanların ruhu görsənir. O 60:00 dəqiqənin tamam olduqdan sonra telefonun zəng çaldığını görür. O telefonu götürüb ona otağın qapısı açmaqlarını tələb edir, amma telefondakı qız onun dediklərini eşitmir. O saata baxanda vaxtın yenidən başladığını görür. O otağı yandırır və hoteldəki insanllar çıxarılır. Maykl otaqda qalır və yanğın söndürənlər onu çıxardırlar. Maykl xəstəxanada Meriyə Keyti gördüyünü deyir, amma o inanmır. Onlar otaqdakı sağ qalmış Mayklın bəzi əşyalarını götürəndə Maykl səsyazanı alır və orada yazılmış səslərə qulaq asanda qızının səsi gəlir. Və bunu eşidən Meri şoka düşür.
Filmin üç cür sonluğu var. Birincisi yuxarıdakıdır. İkincisi: Yanğın söndürənlər otaqda Mayklı yanmış vəziyytədə tapırlar. Cerald onun sağ qalmış bəzi əşyalarının içərisindən səsəyazanı götürür və burada nə olduğuna qulaq asır. Bu vaxt o maşının arxa güzgüsünə baxanda Mayklın yanmış üzünü görür və Mayklın ruhu 1408-nömrəli otaqda qalır. Üçüncü sonluqda isə Maykl səsyazanı alır və orada yazılmış səslərə qulaq asanda qızının səsi gəlir. Meri isə evi yığışdıraraq bunu eşitmir.
Rollarda Con Cusak — Maykl Enslin Semyuel L. Cekson — Cerald Olin Meri MakKormak — Lili Enslin Dandi Mondares — Sam Farrell Len Kariou — Mayklın atası Jasmine Cesika Anthono — Keyt Enslin Isiah Vhitlock, Jr. — Mühəndis Kim Tomson — Mehmanxana Portyesi Benni Urquidez — Claw Hammer Maniac Andrew Lee Potts — Cekson Jules de Jongh — telefonla danışanda səsi gələn qız
Həmçinin bax ABŞ filmlərinin siyahısı
Xarici keçid Filmi izlə (azərbaycan dilində)
Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:2007-ci ilin qorxu filmləri Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Lorenzo di Bonaventuranın prodüseri olduğu filmlər Kateqoriya:Manhetten haqqında filmlər Kateqoriya:Hoteldə çəkilmiş filmlər Kateqoriya:2007-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin kabus filmləri Kateqoriya:ABŞ-nin qorxu triller filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Di Bonaventura Pictures filmləri Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:The Weinstein Company filmləri Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:İngilis dilində qorxu triller filmləri Kateqoriya:Kabus filmləri Kateqoriya:Dimension Films filmləri