Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə (1856–1930) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. 1893-1896-cı illərdə İranın Belçikada səfiri, 1909-cu ildə 2 ay müddətində İranın baş naziri olmuşdur.
Həyatı Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə Xoy şəhərində anadan olmuşdu. Atası təzkirəçi idi. Babası isə Səfərəli Xoyi Cənubi Azərbaycanın tanınmış ziyalılarından idi.
Mirzə Cavad xan Teleqraf idarəsində və qəzet redaksiyasında çalışmışdı. Bir müddət də Təbriz şəhərində "Müzəffəriyyə" mədrəsəsində işləmişdi. Əliqulu xan Müxbirəddövlə Azərbaycana gələndən sonra onun yanına işə düzəlmişdi. Müxbirəddövlə onu teleqrafa rəis təyin etmişdi.
Mirzə Cavad xan sonra Xarici İşlər nazirliyinə daxil olmuşdu. Tehran şəhərində çalışarkən yaxşı əlaqələr qurmuşdu. Müzəffərəddin şah Qacarın hakimiyyətinin ilk illərində səfir göndərilmişdi.
O, Müzəffərəddin şah Qacarı Fransa səfərində müşayiət etmişdi. Əbdülməcid mirzə Eynəddövlənin baş nazirliyi dönəmində Tehrana dönmüş, hökumətdə vəzifə tutmuşdu. Ticarət naziri təyin olunmuşdu.
Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər http://aftab.kateban.com/entry641.html
Kateqoriya:Xoyda doğulanlar Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:İran nazirləri Kateqoriya:İran baş nazirləri Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri