Ayşən Qruda () — Türk teatr və kino aktrisası. Pomidor gözəli ləqəbi ilə tanınan Ayşən Qruda bir çox Yeşilçam sinema filmlərində Şener Şen, Adile Naşit, Kamal Sunal, İlyas Salman kimi aktyorlarla baş rolda yer aldı.

23 yanvar 2019-cu ildə mədəaltı vəzin xərçəngi səbəbindən 74 yaşında İstanbulda öldü.

Onun kimi bir aktyor olan Ayten Ermanın bacısı olan Gruda'nın bacısı Ayben Erman da bu sənətdədir.

Həyatı Ayşən Qruda, 30 noyabr 1945-ci ildə Osmanlı dövründə qərargah olaraq istifadə edilən İstanbulun Yeşilköy qəsəbəsindəki Erman Ailəsinin ortancıl qızı olaraq dünyaya gəldi. Atası maşinist idi. Komediya qabiliyyətini hələ uşaq yaşlarında Yeşilköydəki evlərində erməni qonşularını təqlid edərkən ailəsi tərəfindən kəşf edildi. Məktəb dönəmində atasını itirən Ayşən Qruda maddi çətinliklərdən dolayı məktəbi buraxıb işləməyə başlayır. Bacıları Ayben Erman və Ayten Erman da onun kimi aktyor olacaqdı. Televiziya skitlərindən birində canlandırdığı "Pomidor Gözəli Nahide Şerbet" obrazından sonra ləqəbi "Pomidor Gözəli" olaraq qaldı.

Ayşən Qruda, Tevfik Bilgenin teatrında peşəkar fəaliyyət göstərməyə başladı. İlk rolu 1962-ci ildə "Konqres əylənir" adlı vedevildə kiçik bir qulluqçu oldu. 1977-ci ildə, 16 illik teatr həyatından sonra, bir televiziya əyləncə proqramında yayımlanan bir skitdə "Pomidor Gözəli Nahide Şerbet" obrazından sonra hər kəs tərəfindən tanındı.

Ayşen Erman, Ankara Meydan Səhnəsində teatr aktyoru Yılmaz Qruda ilə tanış olub evləndi. Qızları Elvan dünyaya gələndə Ayşen Qruda bir müddət teatra ara verdi. Uzunmüddətli evlilikdən sonra Ayşən Qruda, Yılmaz Qruda ilə boşandıqdan sonra soyadını istifadə etməyə davam etdi.

Ayşən Qruda daha sonra yaxın dostu Adile Naşit ilə birlikdə Ertem Eğilmez filmlərinin əsas heyətində yer aldı.

Ayşən Qruda "Mum söndü", "Dəvəquşu Kabare", "Hababam Sinfi Muzikalı", "7 Kocalı Hürmüz" kimi bir çox layihələrdə yer aldı. Teatrdan əlavə bir çox televiziya proqramında skeç və seriallarda rol aldı. Sinemada "Tosun Paşa", "Süd Qardaşlar", "Şabanoğlu Şaban", "Hababam Sinfi", "Xoşbəxt Günlər" kimi bir çox klassik Türkiyə kinosu nümunələrində oynadı. 2014-cü ildə ssenari müəllifi və rejissoru Cem Yılmaz olan "Tezliklə" filmində Cem Yılmaz, Ozan Güvən, Zəfər Algöz, Özkan Uğur, Çağlar Çorumlu, Şirincan Çakıroğlu və Tülin Özen ilə birlikdə rol canlandırdı.

Şəxsi həyatı və ölümü Müjdat Gәzәnin 2003-cü ildə yayımlanan "Deyəsən mən sənətçiyəm" adlı bioqrafik kitabında 'Q. A' kod adıyla verdiyi keçmiş sevgilərindən birinin Ayşen Qruda olduğu iddia edildi. Gəzən və Qruda, 2016-cı ildə ortaq bir reportajda bir zamanlar sevgi münasibətində olduqlarını və 1963-cü ildə nişanlandıqların açıqladılar. Müjdat Gəzən hərbi xidmətdə olarkən Ayşən Qruda, Yılmaz Qruda ilə evlənəcəyini məktubla Gəzənə bildirir və cütlük ayrılmağa qərar verir. Ayşən Qruda, 1965-ci ildə teatr aktyoru Yılmaz Qruda ilə evlənir və bu evlilikten Elvan Qruda adında bir qızı olur. 11 illik evlilikləri 1976-cı ildə boşanma ilə sona çatır.

İstanbulda bir xəstəxanada pankreas xərçəngi (Mədəaltı vəzin xərçəngi) müalicəsi görən Türk Sinemasının "Pomidor Gözəli" ləqəbli aktrisası Ayşen Qruda, 23 yanvar 2019-cu ildə, 74 yaşında, bu xəstəlik səbəbiylə tənəffüs çatışmazlığı səbəbiylə vəfat edir. Cənazəsi 25 yanvar 2019-cu il tarixində İstanbul Zincirlikuyu Məscidindəki cənazə namazından sonra Zincirlikuyu Qəbiristanlığında dəfn edildi.

Layihələr

Sinema: Hörmətli Qonşu (2018) Nebahat Suçu Kamil (2017) Atamın gödəkçəsi (2018) Dədəmin fişi (2016) Pis Pişik Şerafettin (2016) — Hasene (səsləndirmə) Səni sevirəm, adamım (2014) — Nənə Tezliklə (2014) — Remziye Bazarları heç sevmirəm (2012) — Feyziye Kağız (2010) — Gözəl Xanım Gecə və gündüz (2008) — Hayriye Dünyanı Qurtaran Adamın oğlu (2006) — Safiye ana İlk sevgi (2006) — Xədicə Hacivat Karagöz Niyə öldürüldü? (2006) — Karagözün anası Keloğlan Qaraprensə qarşı (2006) — Sultan Hababam Sinfi Salam (2003) — Ayşə Xanım Şənlik var (1994) Rumuz sev məni (1993) Super Ata (1988) — Edali Ailə pensiyası (1987) Səyyar Kamil (1987) — Gülbahar Kirayə Ev (1986) — Ayşə Ağa Bacı (1986) Aşiq Oldum (1985) — İnci Oyanıqlar Dünyası (1985) Namuslu (1985) Kasıb Milyonçu (1985) Şendul Şaban (1985) — Ayşən Girdapdakı Böyük Seçim (1984) — Sevim Gülməşəkər (1983) — Peyker Çiçək Abbas (1982) Doktor Civanım (1982) Dolab Beygiri (1982) — Həcər Amansız (1982) Hababam Sinfi Gülə-Gülə (1981) — Məlahət Davaro (1981) Gırgırye (1981) Girdapda şənlik var (1981) — Sevim Rəngli Dünya (1980) Doktor (1979) Şərq bülbülü (1979) Avanak Apti (1978) Xoşbəxt Günlər (1978) — Nilgün Zibilçilər Kralı (1977) Gülən gözlər (1977) — Fikrət Hababam Sinfi tətildə (1977) İbo ilə Gülşah (1977) Şaban oğlu Şaban (1977) Sarmaşdolaş (1977) Elə Olsun (1976) — Ayşən Huyugözəl Ailə Şərəfi (1976) — Ayşə Güngörmüşlər (1976) Süd qardaşları (1976) — Əminə Tosun Paşa (1976) — Zekiye Tellioğlu Bizim ailə (1975) Delisən (1975) — Şaziment Bitirmə sinfi (1975) — Cevriye Bir yerdə ola bilmərik (1975) — Necatinin həyat yoldaşı Hanzo (1975) — Feridə Hababam Sinfi (1974) — Bilik yarışının aparıcısı

TV: Mesut Yar ilə söz-söhbət çoxdur (2018) — Qonaq Bizim hekayə (2018) Münasibət vəziyyəti: Evli Münasibət vəziyyəti: Qarışıq Ayrılsaq da bir yerdəyik — qonaq oyunçu Beş qardaş Ruhumun güzgüsü Qalib Dərviş (2014) — Doqquz (Qonaq Aktyor) Hoştanlı — Kəlaylı Sarayı (2013) Leyla və Məcnun (serial) Petək ilə 10 nömrə Media Qarışıq Ailə Məcburi Başçı Ev sahibi Mert və Gert Gecə-Gündüz İki ailə Fessupanallah Fırtına Sənsən ya yox? Güz Yanğını Dayı Ana quzusu Qayğısızlar Ana Krem Səyahətnamə Evimiz olacaq mı? Sultan yeri

Teatr Ötən gecə yolda gedərkən çox qəribə bir şey oldu Paylaşılan Möhtəşəmlar Diyarı — Haldun Dormen Keşik Qaçdı — Filip Kinq Bizim sinif — Ferhan Şənsoy Yedi Kocalı Hürmüz — Sadiq Şəndil Hababam Sinfi Muzikalı — Rıfat İlqaz Dəvəquşu Kabare — Haldun Taner Mum söndü — Müsahipzade Cəlal Ah evləndim, vah evlənə bilmədim Yağma Ana Xanım, Qız Xanım Kürü yoxsa mərci?

İstinadlar

Xarici keçidlər IMDb-də Ayşən Qruda

Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:İstanbulda doğulan aktrisalar Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları Kateqoriya:XX əsr Türkiyə aktrisaları