thumb|Aleksandr Dovjenko Aleksandr Petroviç Dovjenko (; 29 avqust (11 sentyabr) 1894, Vyunişe xutoru, Sosnitsa kəndinin yaxınlığı, Sosnitsa qəzası, Çerniqov quberniyası — 25 noyabr 1956, Moskva) —Sovet rejissoru, Ukrayna yazıçısı, kinodramaturqu, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatı (1959, ölümündən sonra).

Həyatı Ukrayna sovet kinorejissoru, yazıçı və kinodramaturq, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatıdır (1959, ölümündən sonra). Dovjenko Aleksandr Petroviç 11 sentyabr 1894-cu ildə, indiki Çerniqov vilayətinin Sosnitsı kəndində anadan olmuşdur.

1912-ci ildə Qluxov Müəllimlər İnstitutunu bitirmşdir. 1926-cı ildə öz ssenarisi əsasında "İslahatçı Vasya" adlı ilk filmini (birgə iş) çəkmişdir. 1927-ci ildə lentə aldığı "Diplomatik kuryerin çantası" macəra filmində sovet diplomatlarının qəhrəmanlığı təsvir olunmuşdur. Vətəndaş müharibəsindən, Ukrayna xalqının tarixi keçmişi, inqilabi yolundan, Ukrayna kəndlilərinin kollektivləşmə uğrunda mübarizəsindən bəhs edən "Zveniqora" (1928), "Arsenal" (1929), "Torpaq" (1930) filmləri sovet kino sənətinin inkişafında mühüm mərhələ təşkil edir.

Kinematoqrafiya tarixi bürosunun tənqidçiləri arasında keçirilən beynəlxalq sorğuda (1958, Brussel) "Torpaq" filmi bütün dövrlərin və xalqların 12 ən yaxşı filmindən biri hesab olunmuşdur.

Dovjenko 1932-ci ildə ilk səsli sovet kino əsərlərindən olan "İvan", 1935-ci ildə isə "Aeroqrad" filmini çəkmişdir.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Dovjenko hərbi müxbir kimi, publisistik məqalələr, hekayə və oçerklər yazmışdır. Onun "Azadlıq" (1940), "Bizim Sovet Ukraynası uğrunda vuruşma" (1943), "Sağsahil Ukraynasında qələbə" (1945) sənədli filmləri poetik kinopublisistikanın görkəmli nümunələrindəndir.

Müharibədən sonrakı illərdə "Çiçəklər qoynunda" pyesinin ssenarisini yazmış, onun əsasında "Miçurin" (1949) rəngli bədii filmini yaratmışdır.

Dovjenkonun filmləri üçün yüksək romantika və kəskin satira, lirika, siyasi publisistika, hadisələrin epik şərhi səciyyəvidir. Görkəmli kinorejissorun ssenariləri üzrə rejissor Y.Solntseva "Dəniz haqqında poema" (1953), "Alovlu illərin povesti" (1961), "Məftun olmuş Desna" (1965) filmlərini çəkmişdir.

Dovjenko filmlərinin ssenarisini əsasən özü yazmışdır. 1945-1951 və 1955-ci ildən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda pedaqoji fəaliyyət göstərmişdir.

Dovjenkonun yaradıcılığı, estetik görüşləri sovet və dünya sənətinin inkişafına böyük təsir göstərmişdir. Bir çox filmi beynəlxalq kino festivallarında mükafata layiq görülmüşdür.

25 noyabr 1956-cı ildə Moskva şəhərində vəfat etmişdir.

Xatirəsi

Kiyev bədii filmlər kinostudiyasına Dovjenkonun adı verilmişdir.

Mükafatı

Lenin ordeni, Qırmızı əmək ordeni və medallarla təltif edilmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Биография на people.ru Биография на "Гордость Украины" Произведения Довженко на аудиобиблиотеке litplayer Мемориал Александра Довженко http://www.refineua.com.ru/pageid-4723-1.html Избранные произведения http://uwf.edu/ruzwyshyn/dovzhenko/dovzhenkostudy.html Воспоминания современника об А. П. Довженко "Нерозстріляний геній "розстріляного відродження" — статья про Александра Довженко в интернет-издании "Ультра-Україна" Олег Ковалов. Сны Александра Довженко — обзорная статья о творчестве Довженко на кинопортале "Синематека"

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Ukrayna kinematoqrafı Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Ukrayna kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Ukrayna SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Ukraynalı yazıçılar