thumb|right|300px|Tundra Tundra — Yerin təbii zonası. Tundra Yer kürəsinin tayqadan şimalda olan hissəində yerləşir. Xarakterinə görə tundra bataqlıq, torflu və daşlıqlı olur.
Tundranın aşağı sərhəddi arktikanın başlanğıcı hesab edilir.
Ərazisi Tundra Şimali Amerikanın şimal hissəsinin, Kanada arxepelaqını, Qrenlandiyanın buz örtməyən yerlərini və Avrasiyanın şimal zolağını tutur.
İqlimi Tundra bitkinin həyatı üçün şərait olduqca sərtdir. Yay qısa və soyuqdur. Ən isti ayın orta temperaturu 10 – 12 C-dən yuxarı qalxmır. İllik yağıntının miqdarı 200 – 300mm-dir. Qış uzun keçir və bərk küləklər əsir. İfrat rütubətlənmə zonasıdır. Bataqlıqlar geniş yayılmışdır.
Torpaq Antarktidada fraqmentar şəklində buzdan azad olmuş sahələrdə (Banqera, Viktoriya, Teylor-Rossa, Eymeri, Vestfoll və s.), Şimal Buzlu okeanın adalarında və materikin arktik və subartik iqlim qurşaqları daxilində meşəsiz landşaftda formalaşmışdır. Yer kürəsini quru hissəsinin 4%-in tuturİ. Ə. Quliyev. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı 2014. 235 s..
Yayıldığı ərazilər Tundra torpaqları — Avrasiya ərazisində enli qurşaq şəklində Şimal Buzlu Okeanın dənizlərinin cənub sahillərini əhatə edir. Geniş şəkildə bu torpaqlar alyaskada, Şimali Amerikanın qütb dairəsi arxası ərazilərində, İslandiyada, Qrelandiya adasının cənub kənarlarında yayılmışdır.
İstinadlar
Həmçinin bax Arktika
Kateqoriya:Təbii zonalar Kateqoriya:Keppenin iqlimlər təsnifatı Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Palearktika