Hörümçək-adam () — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker () olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir.
Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər. "Hörümçək-adam" seriyası Hörümçək-adam gizli şəxsiyyəti ilə fəaliyyət göstərən kuinsli lisey tələbəsi Piter Parkerlə bu tendensiyaya son qoymuşdur. Personajın "rədd olunma, tutarsızlıq, tənhalıq" kimi vəsvəsələrə malik olması gənc oxucuların onla təmas qurmasını asanlaşdırırdı. Hörümçək-adam köməkçi personaj xüsusiyyətlərinə malik olsa da, əvvəlki gənc superqəhrəmanlardan (Robin və Baki) fərqli olaraq onun Betmen və Kapitan Amerika kimi superqəhrəman məsləhətçiləri yox idi. Buna görə də "böyük gücün böyük məsuliyyət gətirdiyini" (bu ifadə ilk Hörümçək-adam hekayəsinin sonuncu panelində işlədilmişdi) özü öyrənməli idi.
Marvel Hörümçək-adam personajını bir çox komikslərində istifadə etmişdir. İlki və ən uzun davam edəni "The Amazing Spider-Man" komiks seriyasıdır. İllər keçdikcə Piter Parker personajı utancaq, antisosial Nyu-York tələbəsindən problemli, amma diqqətli kollec tələbəsinə, evli lisey müəlliminə, təkbaşına işləyən frilans fotoqrafa çevrilmişdir. 2010-cu illərdə Marvel nəşriyyatının ən tanınmış superqəhrəman komandası Qisasçılara qoşulur. Hörümçək-adamın düşməni Doktor Osminoq da 2012–2014-ci illərdə davam edən, Piter Parkerin öldüyü bədən dəyişdirmə hekayəsində Hörümçək-adam şəxsiyyətini götürür. Bunlardan əlavə, Marvel Hörümçək-adamın alternativ versiyalarını yaradaraq komikslərini nəşr etmişdir: gələcəyin Hörümçək-adamı Migel O'Haranın macəralarından bəhs edən "Spider-Man 2099", alternativ kainatda gənc Piter Parkerin macəralarından söz açan "Ultimate Spider-Man" və Piter Parkerin ölümündən sonra Hörümçək-adam rolunu alan Maylz Moralesi təsvir edən "Ultimate Comics Spider-Man". Maylzın daha sonra əhəmiyyəti artırılmış, Piterlə birlikdə işləməyə başlamışdır.
Hörümçək-adam ən populyar və uğurlu superqəhrəmanlardan biridir. Marvel-in bayraqdaşıyan personajı və şirkətin talismanı olan Hörümçək-adam saysız mediada peyda olmuşdur. Bunlara animasiya və live-action teleserialları, qəzet komiks stripləri və film seriyaları daxildir. Personaj ilk dəfə Denni Siqren tərəfindən 1974-cü ildən 1977-ci ilə kimi davam etmiş "Elektrik şirkəti" sketçi "Hörümçək superhekayələri"ndə canlandırılmışdır. Filmlərdə Hörümçək-adam rolunu Tobi Maquayr (2002–2007), Endrü Qarfild (2012–2014) və Tom Holland ifa etmişdirlər. Tom Holland 2016-cı ildən bəri Hörümçək-adamı Marvel Kinematoqrafiya Kainatında canlandırır. Riv Karni 2010-cu ildə "Spider-Man: Turn Off the Dark" teatr tamaşasında Hörümçək-adam rolunda çıxış etmişdir. Hörümçək-adam superqəhrəman və komiks personajı kimi yaxşı qəbul olunmuşdur. DC Comics nəşriyyatının ən populyar superqəhrəmanları Supermen, Betmen və Ecazkar qadınla birlikdə bütün dövrlərin ən populyar komiks personajlarından biri hesab olunur.
Nəşrolunma tarixi
Yaradılma və inkişaf thumb|right|Riçard Uentvort (Hörümçək) "The Spider" pulp-jurnalından. Sten Li Hörümçək-adamı yaradarkən bu personajın adından ilhamlandığını bildirmişdir. 1962-ci ildə Fantastik dördlüyün uğurundan sonra Marvel Comics redaktoru və əsas yazıçı Sten Liyə yeni superqəhrəman ideyası ilə çıxış etmək imkanı verilmişdi. Sten Linin sözlərinə görə Hörümçək-adamı yaratmaq ideyası gənclərin komikslərə olan tələbatından və yeniyetmələrin asan təmas qura biləcəkləri personaj yaratmaq istəyindən doğmuşdur. Sten Li avtobioqrafiyasında qeyri-superqəhrəman pulp-jurnal cinayət döyüşçüsü Hörümçəkdən xeyli təsirləndiyini qeyd etmişdir. Bir çox müsahibələrində isə divarda dırmaşan hörümçəyi seyr edərkən personajı yaratmaq ideyasının yarandığını bildirmişdir. Sten Li avtobioqrafiyasında hekayənin doğru olub-olmadığı barədə tez-tez tərəddüd keçirdiyini əlavə etmişdir. O dövrdə yeniyetmə superqəhrəmanlara sonu "oğlan" () ilə bitən adlar verilsə də, Li "Hörümçək-adam" () adını seçmişdir. Çünki Sten Li personajın seriya davam etdikcə yaşlanmasını istəmiş, bundan əlavə, "Hörümçək-oğlan" adının personajın digər superqəhrəmanlara nisbətən keyfiyyətsiz görünməsinə səbəb olacağını düşünmüşdür. O vaxt Sten Li personaj üçün Marvel nəşriyyatçısı Martin Qudmanın razılığını almalı idi. 1986-cı ildə bir müsahibədə Sten Li arqumentlərinin Qudmanın etirazlarını üstələdiyini ətraflı şəkildə təsvir etmişdir.Detroit Free Press interview with Stan Lee, quoted in The Steve Ditko Reader by Greg Theakston (Pure Imagination, Brooklyn, NY; ), p. 12 (unnumbered). "He gave me 1,000 reasons why Spider-Man would never work. Nobody likes spiders; it sounds too much like Superman; and how could a teenager be a superhero? Then I told him I wanted the character to be a very human guy, someone who makes mistakes, who worries, who gets acne, has trouble with his girlfriend, things like that. [Goodman replied,] 'He's a hero! He's not an average man!' I said, 'No, we make him an average man who happens to have super powers, that's what will make him good.' He told me I was crazy". Nəhayət, Qudman "Amazing Adult Fantasy" elmi fantastika və fövqəltəbii komiks antologiyasının 5 iyun 1962-ci ildə satışa buraxılmış 15-cı və sonuncu sayında (bu zaman antologiya "Amazing Fantasy" adlandırılmışdı) personajı yoxlamağa icazə vermişdir.Amazing Fantasy (Marvel, 1962 series) at the Grand Comics Database: "1990 copyright renewal lists the publication date as June 5, 1962"; "[T]he decision to cancel the series had not been made when it went to print, since it is announced that future issues will include a Spider-Man feature." Sten Li qeyd etmişdir ki, "Amazing Fantasy" komiksinin 15-cı saydan sonra ləğv olunmasının səbəbi Qudmanın ona Hörümçək-adamdan istifadə etməsinə icazə verməsi olmuşdur. Sonuncu say olmasına baxmayaraq baş məqalədə "Hörümçək-adam hər ay Amazing-də görünəcək" () sözləri yazılmışdı."Important Announcement from the Editor!", Amazing Fantasy #15 (August 1962), reprinted at
Hər şeyə baxmayaraq, Li Hörümçək-adam və "adi yeniyetmə" konsepsiyası üçün Qudmanın razılığını almış və rəssam Cek Körbi ilə görüşmüşdür. Komiks tarixçisi Qreq Tikstona görə Körbi Sten Liyə 1950-ci illərdə Co Simonla birlikdə hazırladığı nəşr olunmamış personaj haqqında danışmışdır. Qoca cütlüklə yaşayan və yetim olan bu personaj ona supergüclər verən sehrli üzük tapırdı. Li dərhal Körbi ilə hekayə barədə müzakirə aparmış və daha sonra Körbidən personajı dəqiqliklə təsvir etməsini və bir neçə səhifə çəkməsini istəmişdir. Stiv Ditko isə konturçu olmalı idi. "'Stan said a new Marvel hero would be introduced in #15 [of what became titled Amazing Fantasy]. He would be called Spider-Man. Jack would do the penciling and I was to ink the character.' At this point still, Stan said Spider-Man would be a teenager with a magic ring which could transform him into an adult hero—Spider-Man. I said it sounded like the Fly, which Joe Simon had done for Archie Comics. Stan called Jack about it but I don't know what was discussed. I never talked to Jack about Spider-Man… Later, at some point, I was given the job of drawing Spider-Man'". Li Körbinin ilk 6 səhifəni ona göstərdiyi anı belə xatırlayır: "Onun istifadə etdiyi üslubdan nifrət etdim! O, pis bir şey etməmişdi, sadəcə bu, istədiyim personaj deyildi; o, çox qəhrəmancasına görünürdü". Li bu dəfə Ditkoya yönəlmiş və onun vizual stilini bəyənmişdir. Ditko xatırlayır:
Personaj Ditko tərəfindən dizayn olunsa da, Li Ditkonun kover-artını bəyənməmiş və Körbidən Ditkonun konturladığı üzlüyə düzəliş etməsini istəmişdir. Bunu 2010-cu ildə Li belə izah etmişdir: "Mən düşündüm ki, üzlüyü Cek tərtib etməlidir, çünki mənim həmişə Cekin üzlüklərinə böyük güvənim var idi".
Ditko onun və Linin personajın yaradılmasında verdikləri töhfələr haqqında Geri Martinə verdiyi və "Comic Fan"-ın 2-ci buraxılışında (yay 1965) nəşr olunmuş poçt-müsahibədə demişdir: "Sten Li adı fikirləşdi. Mən kostyumu, biləklərdəki toratan aləti və hörümçək siqnalını hazırladım". Additional, February 28, 2012. Həmin dövrdə Ditko incəsənət məktəbində onun sinif yoldaşı olmuş məşhur fetiş rəssamı Erik Stentonla bir Manhetten studiyasını bölüşürdü. 1988-ci ildə Stenton Tikstona verdiyi müsahibədə bildirmişdi ki, Hörümçək-adam personajının yaradılmasına verdiyi töhfə "demək olar ki, sıfır" olsa da, bir neçə ideya vermişdir: "Lakin hər şey Ditkonun özü tərəfindən yaradıldı… Mən düşünürəm ki, əllərdən çıxan torla bağlı məsələni mən əlavə etdim". thumb|left|"Amazing Fantasy" #15 (avqust 1962) personajın ilk dəfə göründüyü komiksdir. Kover-art Cek Körbi, konturçu Stiv Ditko. Körbi Linin hekayə versiyası barədə mübahisə etmiş və Linin personajın yaradılmasına minimal töhfə verdiyini söyləmişdir. Körbiyə görə Hörümçək-adam ideyası 1950-ci illərdə Co Simonla birlikdə Crestwood Publications komiksi "Black Magic" üçün dizayn olunan, lakin istifadə olunmayan Gümüş hörümçək adlı personaja əsaslanır.Jack Kirby in "Shop Talk: Jack Kirby", Will Eisner's Spirit Magazine #39 (February 1982): "Spider-Man was discussed between Joe Simon and myself. It was the last thing Joe and I had discussed. We had a strip called 'The Silver Spider.' The Silver Spider was going into a magazine called Black Magic. Black Magic folded with Crestwood (Simon & Kirby's 1950s comics company) and we were left with the script. I believe I said this could become a thing called Spider-Man, see, a superhero character. I had a lot of faith in the superhero character that they could be brought back… and I said Spider-Man would be a fine character to start with. But Joe had already moved on. So the idea was already there when I talked to Stan". Simon 1990-cı ildə avtobioqrafiyasında Körbinin açıqlamaları ilə razılaşmamış, "Black Magic" komiksinin bir faktor olmadığını bildirmiş, onun Hörümçək-adam adını (daha sonra Gümüş hörümçək) fikirləşdiyini, Körbinin isə hekayə və gücləri müəyyən etdiyini bildirmişdir. Simon qeyd etmişdir ki, onların yaratdığı bu personaj Simonun Archie Comics superqəhrəmanı Milçək üçün bazis rolunu oynamışdır. Stiv Ditko Sten Linin DC Comics personajı Şahin-adamın () adını bəyəndiyini, Hörümçək-adam adını bu səbəbdən seçdiyini bildirmişdir.