Donasyen Alfons Fransua de Sad (; , tarixdə Markiz de Sad ( kimi qalmışdır) — fransız zadəgan, yazıçı və filosof. Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizmin banisi kimi tanınır.

Markiz erotik ədəbiyyatın əhəmiyyətli yazıçılarındandır, əsasən sərt pornoqrafik yazılar yazmışdır.

Təxminən ömrünün 29 ilini həbsxanada, 13 ilini ağıl xəstəxanasında keçirmişdir və ən əhəmiyyətli əsəri "Sodomun 120 günü"nü həbsxanada yazmışdır. Bir digər əhəmiyyətli əsəri də "Justine"dir. Sadizmin mənşəyinin onun yazdıqlarına söykəndiyi bilinir.

Yazılarında əxlaqı, qanunu, dini elementləri nəzərə almadan həddindən artıq azadlığı (hətta əxlaqsızlığı) və ən yaxşının zövq olduğunu müdafiə edirdi. Markis 32 il fərqli həbsxanalarda və ağıl xəstəxanasında həbs edildi: on il Parisdə (on ili Bastilledə keçdi), bir ay Conciergeriedə, iki il qalada, bir il Madelonnettesdə, üç il Bicêtredə, bir il Sainte-Pélagiedə və 13 il Charenton ağıl xəstəxanasında. Yazılarının çoxunu məhbus olduğu dövrdə yazdı. "Sadizm" anlayışı adından törədilmişdir.

Sade kitablarında şəxslər arası əlaqələrdə insanın insancıl yanı bir dəfə itirildiyində, nələr ola biləcəyinin məlumatını verir. Şəxslərarası əlaqələrdə insanın sahib olduğu qürur bir yana buraxıldığı zaman ortaya çıxan yeni qanun öz faydasını qoruma sonuna qədər davam etdirilirsə, zəruri olaraq "sadizm"ə söykənir. Əsərlərində əxlaqi hərəkətin təyin olaraq etik dəyərlər deyil, instinktlər, ya da "şərti buyruqlar" hərəkətin "prinsipi" edilsə nələr olacağından bəhs edir.

Əsərləri

Keşişlə ölən adam arasındakı dialoq Sodomda 120 gün Yataq otağında fəlsəfə Markiz de Qanq Saksoniya şahzadəsi Brunsvik Adelaidası Fransa kraliçası bavariyalı İzabellanın gizli tarixi

Filmoqrafiya

Markiz de Sadın həyatı haqqında bioqrafik filmlər

Markiz (1989)Marquis. İstifadə tarixi: 6 iyul 2026. Gecə dəhşətləri (1993)Night Terrors. İstifadə tarixi: 6 iyul 2026.

Yataq otağında fəlsəfə

Yataq otağında fəlsəfə (1995)Philosophy in the Bedroom. İstifadə tarixi: 6 iyul 2026.

Sodomda 120 gün

Salo və Sodomun 120 günüSalò, or the 120 Days of Sodom. İstifadə tarixi: 6 iyul 2026.

Xarici keçidlər Marquis De Sade Azərbaycan dilində Маркиз де Сад. Философия в будуаре Marquis de Sade Эссе писателя Виктора Ерофеева о творчестве маркиза де Сада Маркиз де Сад и XX век. Пер. с франц. Исследования о де Саде Ж.Батая, П.Клоссовски, М.Бланшо, Р.Барта, А.Камю и др. Батай Ж. Сад // Батай Ж. Литература и Зло [: Сб. эссе:]. М.: МГУ, 1994. — ISBN 5-211-03159-8 О бедном Маркизе замолвите слово. Книги де Сада в библиотеке Vita Nuova.

Həmçinin bax Sadizm İstinadlar

Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Biseksual yazıçılar Kateqoriya:Fransada LGBT şəxslər Kateqoriya:Materialistlər Kateqoriya:Nihilistlər Kateqoriya:Ateist filosoflar Kateqoriya:Antihomoseksual qanunvericiliklə məhkum olunanlar Kateqoriya:Fransız ateistlər Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Siyasi filosoflar Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:LGBT yazıçılar Kateqoriya:Fransa filosofları Kateqoriya:Yeddiillik müharibə iştirakçıları