Nikolay İvanoviç Vavilov (; ) — rus əsilli SSRİ genetiki, botaniki və aqronomu. Alim mədəni bitkilərin mənşəyi üzrə araşdırmalar aparmış, həyatını buğda, qarğıdalı və sair taxıl bitkilərinin qida mənbəyi kimi inkişaf etdirilərək, bəşəriyyətin istifadəsinə verilməsinə həsr etmişdir.
Elmi fəaliyyəti Akademik Vavilov 1920-ci ildə ümumi Rusiya seleksiya qurultayında homoloji sıralar qanunu haqqında məruzə etdikdə professor V. V. Zelenski demişdir: "Bu tarixi bir qurultay oldu. Bioloqlar öz Mendeleyevini təbrik edə bilərlər". Bu fikir homoloji sıralar qanununun əsas mahiyyətini şərh edir. Mendeleyev cədvəlində bir sıraya düzülmüş elementlərin xassələri məlum olduqda həmin sıraya daxil ola biləcək, lakin hələ tapılmayan elementlərin də xarakter xüsusiyyətlərini əvvəlcədən qeyd etmək mümkündür. Vavilovun qanununa görə, bir fəsiləyə, məsələn, taxıllar fəsiləsinə mənsub olan bir növdə müəyyən bir mutasiya görünmüşsə, həmin fəsiləyə mənsub başqa cinslərdə və növlərdə də bu cür mutasiyaları gözləmək olar.Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.120
İstinadlar
Kateqoriya:Rusiya bioloqları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Aclıqdan ölənlər Kateqoriya:Rusiya Coğrafiya Cəmiyyətinin rəhbərləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:SSRİ aqronomları Kateqoriya:SSRİ botanikləri Kateqoriya:Rusiya ateistləri Kateqoriya:Rusiya coğrafiyaşünasları Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar