Merida (, estremadurca: Méria) – İspaniyada Badahos əyalətində Qvadiana çayı üzərində yerləşən şəhər. Estramaduranın müstəqil birliyinin paytaxtıdır. Əhalisi 57 min nəfərdir.

Tarixi B.e.ə. 25-ci ildə şəhərin yerində Emerita-Avqust şəhəri yerləşirdi.Şəhər imperator Oktavian Avqustun əmri ilə tikilmişdi. Romada Luzitaniya əyalətinin paytaxtı idi. Merida şəhəri VI əsrdə İberiya yarımadasının dininin və episkopiyasının mərkəzi (paytaxtı) idi. 713-cü ildə şəhər ərəb xəlifəsi Musa İbn Nuseyr tərəfindən alınır. 1230-cu ildə kral Alfonso IX tərfindən şəhər Mavrlardan alınır. Kral bu şəhəri Müqəddəs İakova Ordeninin tabeliyinə verir. Bundan sonra şəhərin taleyi cəngavərlər ilə bağlı olmuşdur.

Şəhərin görünüşü Şəhərin müxtəlif xalqlar tərindən alınmasına baxmayaraq öz gözəlliyini saxlamışdır. Yeni muzeydə axtarılan arxeoloqik tapıntılar Rafael Moneo tərəfindən layihələşdirilmişdir. Burada yerləşən Emerita-Avqust koloniya binası UNESCO tərəfindən Ümumdünya İrsinin Abidəsi kimi qəbul olunmuşdur: Roma körpüsü – uzunluğu 800 m-dir.Roma körpülərindən ən uzunudur. Hal-hazırda piyadaçılar üçün açıqdır. İppodrom – qalıqları qalmışdır. Uzunluğu 400 m-dir. Amfiteatr və teatr – Hal-hazırda indi də burada antik pyeslər tamaşaya qoyulur.

Qardaşlaşmış şəhərlər Roma, İtaliya Merida, Venesuela Merida (Meksika), Meksika Merida (Filippin), Filippin El Paso, Texas, ABŞ

İstinadlar

Xarici keçidlər Rəsmi sayt Roman Art National Museum Pictures of Roman Mérida Photos of Mérida: Roman monuments and other views of the city The Marvel of Mérida

Kateqoriya:İspaniya şəhərləri Kateqoriya:İspaniyadakı ümumdünya irsi