Stiven Siqal (, , 10 aprel 1952) – ABŞ aktyoru, rejissoru, prodüseri, bəstəkarı, şerifi, ssenaristi və döyüş ustasıdır.
Həyatı Stiven Frederik Siqal 10 aprel 1952-ci ildə Miçiqan ştatının Lensinq şəhərində əslən yəhudi olan riyaziyyat müəllimi Semuel Stiven Siqal (1928–1991) və əslən irland olan xəstəxana işçisi Patrisiya Siqalın (1930–2003) ailəsində doğulmuşdur. Siqalın atasının yəhudi və anasının irland əsilli olması ziddiyətlidir. Siqalın sözlərinə görə, uşaqlıq illərində ona babasının monqol olması haqda deyirdilər. Babası (Nathan Siegelman, 1892–1973) və nənəsi (Dora Goldstein, 1894–1989) Amerikaya Sankt-Peterburqdan köçmüş yəhudilərdən idi və onların soyadları "Siegelman" ifadəsindən "Seagal" ifadəsinə kimi dəyişilmişdir.Nathan and Dora Siegelman (Seagal) on Ancestry.com : Бабушка и дедушка по отцовской линии жили в Провиденсе на Род-Айленде. Ailədə Siqal 4 uşaqdan ikincisi idi. Onun yaşca böyük bacısı və ondan yaşca kiçik olan iki bacısı vardır. 1957-ci ildə ailəsi Kaliforniya ştatının Los-Anceles şəhərinə yaxın "Orinc ətrafı" ərazisinə daxil olan Fullerton şəhərinə köçmüşdür. Siqal 7 yaşından başlayaraq karate, 15 yaşından isə aykido ilə məşğul olmağa başlayır. Siqalın ilk müəllimi "Orinc ətrafı" ərazisində aykido məktəbi açan və "Şixan" vəzifəsində müəllimlik edən Kösi İsisakinin rəhbərliyi altında aykidonu öyrənməyə başlayır. Həmin müddətdə isə aykido sənəti ABŞ-də az tanınan döyüş sənətlərindən biri olur. 1971-ci ildə Siqal Fullerton kollecini bitirdikən sonra bu döyüş sənətinin sirlərinə yiyələnmək üçün Yaponiyaya köçür və Koiçi Toxeyanın rəhbərliyi altında məşğul olmağa başlayır. 1974-cü ilin yay ayında Koiçidən aykido üzrə 1-ci dan dərəcəli qara kəmərə layiq görülür və "Şodan" vəzifəsinə sahib olur. Stiven Siqal 1975-ci ildə Yaponiyanın Cüso rayonunda yerləşən Osaka şəhərində "Tenşin" () adlı aykido məktəbi açır. Bununla Siqal Yaponiyada şəxsi aykido məktəbinə rəhbərlik edən ilk ABŞ-li olur. Məktəbinin və ya dodzesinin adı olan "Tenşin Buqey Qakuen" ifadəsi yaponcadan "Milli döyüş sənətlərinin məktəbi "Səmavi ruh"" mənasını verir. Ardınca Siqal aykido üzrə bir çox müəllimlərin rəhbərliyi altında məşq etmişdir. Onun müəllimlərindən biri aykido döyüş növünün əsasını yaradan Morihey Ueşibanın tələbələrindən biri olan və 10-dan dərəcəli qara kəmərə sahib olan Seyseki Abe olmuşdu. Siqal ilk məktəbinin açılışdan bir müddət sonra 1983-cü ildə məktəbini Los-Ancelesə köçürür və burada müəllimlik etməyə başlayır. 1988-ci ildən başlayaraq filmlərə çəkilməyə başlayır və ilk filmdən məşhurlaşır. Siqal ardınca 5-ci dan, 6-cı dan dərəcələrinə layiq görülür və nəhayət, 7-ci dan dərəcəni qazandıqdan sonra məktəbində "Şixan" vəzifəsində müəllimlik edir.
Şəxsi həyatı Stiven Siqal bir neçə dəfə evli olub. İlk həyat yoldaşı Miyako Fucitani ilə 1975-ci evlənmiş, bir müddət keçdikdən sonra Kentaro Siqal və Ayako Fucitani adlı övladları dünyaya gəlmişdir. Stiven boşandıqdan sonra 1984-cü ildə televiziya seriallarında iştirak edən italyan əsilli Edrienn La Russa adlı aktrisa ilə ailə həyatı qurur və 1987-ci ildə Edrienndən boşanır. Stiven ABŞ aktrisası Kerri LeBrok ilə 1987–1996-cı illər ərzində ailə həyatı qurmuş və ondan Annaliza, Dominik və Arissa adlı övladı doğulmuşdur.Kelly LeBrock New York Times 1996-cı ildə üçüncü evlilikdən olan uşaqların dayəsi Arissa Vulf ilə evlənir və ondan Savanna adlı qız övladı övladı olur. Siqal təkrar boşandıqdan sonra monqol rəqsçisi Erdenetuy Batsux ilə ailə həyatı qurur və ondan Kunzanq adlı oğlu dünyaya gəlir.
Mükafat Stiven Siqal "Ən pis aktyor" kateqoriyasına görə "Ölümcül təhlükə" (1994), "Məhv etmə qərarı" (1996), "Cinayət dünyasından yanğın" (1997), "Nə sağ, nə də ölü" (2003) filmlərində Qızıl Moruq Mükafatına layiq görülmüşdür. 1999-cu ildə Stiven Siqal "PETA Humanitar Mükafatına" layiq görülüb.
Filmoqrafiya thumb|right|Stiven Siqal Film Adı Orijinal adı Rol1988 Qanundan yüksəkdə Above The Law Niko1990 Öldürmək çətindir Hard to Kill Meyson Storm1990 Ölmək üçün təyinat Marked For Death Con Hetmer1991 Ədalət mühakiməsi üçün Out for Justice Detektiv Cino Felino1992 Mühasirədə Under Siege Keysi Raybek1994 Ölümcül təhlükə On Deadly Ground 1994 Mühasirədə 2: Qaranlıq territoriya Under Siege 2: Dark Territory 1996 Məhv etmə qərarı Executive Decision 1996 Parıltı adamı The Glimmer Man 1997 Cinayət dünyasından yanğın Fire Down Below 1998 Mənim nəhəngim My Giant öz rolunu ifa edir1998 Patriot The Patriot 2001 Çıxış yaraları Exit Wounds 2002 Nə sağ, nə də ölü Half Past Dead 2003 Qisas naminə Out for a Kill 2003 Əcnəbi The Foreigner 2003 Vəhşi ovu Belly of the Beast 2004 Günəşin altında Into The Sun 2005 Bu gün sən öləcəksən Today You Die 2006 Keçmişin kölgəsi Shadow Man 2008 Sonuncu gecə Against the Dark 2009 Ruslan Driven to Kill Ruslan2010 Maçete Machete
Diskoqrafiya İl Albom2005 Songs from the Crystal Cave2006 Mojo Priest
Maraqlı faktlar Stiven Siqal vegetariandır. Siqal şerif köməkçisidir və şəxsi barlara sahibdir. Buddizm dininə bağlıdır. Siqalın boyu 193-sm-dir.
İstinadlar
Xarici keçidllər
Rəsmi sayt
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Yaponiyadakı ABŞ qürbətçiləri Kateqoriya:ABŞ buddistləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Rusiya yəhudiləri Kateqoriya:Yəhudi əsilli amerikalılar Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Buddizmi qəbul edənlər