Bülbülcan (əsl adı: Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov; ) — Azərbaycan xanəndəsi.

Həyatı Bülbülcan adıyla daha çox tanınan Əbdülbaqi Zülalov Şuşada anadan olub. Hələ cavan yaşında Qafqazı və İranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə məharəti ilə muğamsevərlər arasında məşhurluq qazanmışdır. İran şahı Müzəffərəddin şah tərəfindən Şiri-Xurşid ordeninə layiq görülmüşdür. . Бюльбюльджан

1875-ci ildən başlayaraq ömrünün 30 ilini Tbilisidə yaşamışdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraşıqlı xarici görünüşü və artistik davranışı ilə heyran edərdi. Бюльбюльджан (Абдулбаги Зулалов) со своим ансаблем Tez-tez yaxın dostu və məşhur tarzən Sadıqcanla çıxış edərdi. 1905-ci ildə Bülbülcan Şuşaya qayıtdı və vaxtını yetim qalan qardaşı uşaqları Əli Zülalovun və Qəmbər Zülalovun böyütməsinə həsr etdi.

1920-ci illərdən bəri Bakıda yeni açılmış ali musiqi məktəblərdə dərs demişdir. 1927-ci ildə vəfat etdi. Zülalovlar ailəsi bu günə qədər dahi xanəndənin musiqi ənənələrini davam edir. Bülbülcanın qızı, nəvəsi və qardaşı uşaqları da xanəndə oldu.Его исполнение отметил сам Сталин… . Нилуфар Гасанкызы. Вышка. 13 марта 2002, № 13

Nəsil şəcərəsi

Həmçinin bax Zülalovlar

Ədəbiyyat Шушински Ф. Азәрбајҹан халг мусигичиләри. — Б.: Јазычы, 1985. автор Шушинский Ф. Народные певцы и музыканты Азербайджана. — М.: Советский композитор, 1979. — 200 с. Gülhüseyn Kazımlı, Vasif Quliyev.Bülbülcan. "Şuşa" nəşriyyatı. Bakı. 2016.

İstinadlar

Kateqoriya:Zülalovlar Kateqoriya:Şuşa musiqiçiləri Kateqoriya:XIX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:XX əsr Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Azərbaycanlı xanəndələr Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Xanəndələr