I Şapur (; ) — ikinci Sasani şahı.

İlk illəri I Şapur 215-ci ildə doğulmuşdu. Atası I Ərdəşir, anası isə Arşakilər sülaləsindən Miroddur. 240-cı ildə artıq atası ilə birgə hökmdarlıq edirdi. 242-ci ildə Ərəb Filiplə sülh imzaladı və 500.000 dinar təzminat aldı.Cambridge History of Iran, Volume III, edited by Ehsan Yarshater (professor of Iranian studies, Columbia University, New York) Lakin sülh tez pozuldu və 253-cü ildə Barbarissos döyüşündə Sasani ordusu 60000-lik Roma ordusunu məhv etdi.

Hakimiyyəti 252-ci ildə Şapurun əmri ilə Ermənistan çarı II Xosrov (Arşaki) öldürüldü, I Hürmüz Ermənistan taxtına gətirildi. Gürcüstan da işğal edilərək Sasanilər dövlətinə birləşdirildi.

260-cı ildə Roma-Sasani müharibələrində Roma ordusunu məğlub etdi. Öz qələbəsi barədə bütün qonşu ölkələrə xəbər saldı ki, ona tabe olsunlar. Alban hökmdarı I Vaçe tabe olmaq istəməsə də, 262-ci ildə I Şapur Albaniyanı özündən asılı vəziyyətə gətirdi. 10 il sonra (272) I Şapur öldü və Albaniya asılılıqdan çıxdı.

İstinadlar Anar İsayev, Rəhim Məcnunov, Muxtar Abbasov — Azərbaycan tarixi VI–XI sinif

Kateqoriya:Sasani hökmdarları Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar