Biz poliqrafçılarıq qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1969-cu ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Filmdə Bakıdakı 3 saylı peşə-texniki məktəbdən, burada Azərbaycanın mətbəələri üçün poliqrafçıların hazırlanmasından söhbət açılır.
Məzmun Filmdə Bakıdakı 3 saylı peşə-texniki məktəbdən, burada Azərbaycanın mətbəələri üçün poliqrafçıların hazırlanmasından söhbət açılır. Filmin çəkilişləri məktəbdə, linotipçilərin emalatxanalarında, məktəbin məzunlarının işlədikləri "Qırmızı Oktyabr", "Azərnəşr" poliqrafiya birliklərində, "Kommunist" nəşriyyatında aparılmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 119
Mükafat 1971-ci ildə Bakıda "Xalq Təsərrüfatında Qənaət Uğrunda" istehsalat-texniki mövzuda Respublika həvəskar filmlərinə baxış tədbirində film Azərbaycan Kinematoqrafçılarının, AHİŞ və Azərbaycan Respublikası LKGİ MK-nın III dərəcəli diplomunu və mükafatını almışdır.
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1969-cu ilin Azərbaycan filmləri 1960-cı illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1969-cu ilin filmləri Kateqoriya:1969-cu ilin Azərbaycan filmləri