Bədən tərbiyəsi və idman qısametrajlı sənədli filmi rejissor Fyodor Novitski tərəfindən 1937-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Kinolent Azərbaycanda bədən tərbiyəsi və idmanın geniş yayılmasına və təbliğinə həsr olunmuşdur.

Məzmun Kinolent Azərbaycanda bədən tərbiyəsi və idmanın geniş yayılmasına və təbliğinə həsr olunmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 30

Kinooçerk Bakı idman cəmiyyətləri arasında keçirilən yarışlardan bəhs edir. Azərbaycanın bədən tərbiyəçilərindən 150 nəfərinin Moskva paradında iştirak etmək üçün hazırlaşmaları burada öz əksini tapmışdır.

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1937-ci ilin Azərbaycan filmləri 1930-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1937-ci ilin filmləri Kateqoriya:1937-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanda idman